”Ermənilərə muxtariyyat təklifi öz aktuallığını itirib”

Tofiq Zülfüqarov: ”Konflikt fərqli müstəviyə yönəlib”

Source:
Tofiq Zülfüqarov
Tofiq Zülfüqarov
Tofiq Zülfüqarov
Tofiq Zülfüqarov


Tofiq Zülfüqarov: ”Konflikt fərqli müstəviyə yönəlib”

Azərbaycan Dağlıq Qarabağa geniş muxtariyyət verməyə və yerli erməni əhalinin hüquqlarına zəmanət verməyə hazırdır.

Bu barədə Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov İsrailin The Jerusalem Post qəzetinə müsahibəsində

bildirib.

“Biz müəyyən güzəştlərə və problemin konstruktiv həllinə hazırıq”, deyə o qeyd edib.

Onun fikrincə, münaqişənin sabit və ədalətli həlli üçün əsas şərt Azərbaycanın işğal edilmiş ərazilərinin azad edilməsi və Dağlıq Qarabağ bölgəsinə Azərbaycanın tərkibində geniş muxtariyyət verilməsidir. Bakı orada yaşayan erməni əhalinin mülki, sosial-iqtisadi və mədəni hüquqlarının Azərbaycan qanunvericiliyinə və beynəlxalq hüquq normalarına uyğun olaraq tam şəkildə təmin ediləcəyinə zəmanət verməyə hazırdır.

Əli Həsənov
Əli Həsənov

Prezidentin köməkçisinin açıqlamasını Meydan TV-yə şərh edən sabiq xarici işlər naziri Tofiq Zülfüqarov geniş muxtariyyat məsələsini şərh etməyin çətin olduğunu dedi.

Sabiq nazir hesab edir ki, hazırda ermənilərə muxtariyyat təklifi öz aktuallığını itirib:

“Çünki konflikt fərqli müstəviyə yönəlib və Ermənistan-Azərbaycan konflikti adlanır. Erməni icması konfliktin xırda hissəsidir, rəqəmlərə baxsaq, bu icma müharibədən əvvəl 128 min nəfərdən ibarət idi.

Müharibə və atəşkəsin yaratdığı fəsadlar nəticəsində əhali iki dəfə azalıb. Eyni zamanda, BMT-nin məlumatına görə bölgədə etnik təmizləməyə məruz qalan azərbaycanlılar 758 min idi”.

Sabiq nazir daha sonra qeyd edib ki, müharibə iki dövlət arasındadır və Ermənistan Azərbaycan ərazilərini anneksiya etmək niyyətindədir.

“Sadəcə, erməni icmasının təhlükəsizliyi və digər məsələlər əsas niyyəti gizlətmək üçündür. Biz açıq şəkildə Ermənistanla müharibə apardığımızı və ərazi bütövlüyümüzü bərpa edəcəyimizi deməliyik”.

Tofiq Zülfüqarov bildirib ki, Azərbaycan Ermənistan ordusunu bölgədən kənarlaşdırandan sonra müxtəlif təkliflər gündəmə gələ bilər:

“Amma şərt belə olmalıdır: Əgər Ermənistan 1988-ci ildə ərazilərindən qovduqları 200 min azərbaycanlını qaytarmağa razı olsa və onlara hansı hüquqları versə, biz eyni hüquqları verməyə hazır olduğumuzu ifadə etməliyik. Əks təqdirdə, muxtariyyat barədə danışmağa ehtiyac yoxdur”.

Siyasi icmalçı Fikrət Sadıqov xatırladıb ki, geniş muxtariyyat fikrini sabiq prezident Heydər Əliyev də təklif etmişdi:

“Burda söhbət Azərbaycanın ərazi bötüvlüyü çərçivəsində verilən hüquqlardan gedir, bunun adına respublika da, muxtar vilayət də demək olar. Rəsmi Bakı beynəlxalq tədbirlərdə Dağlıq Qarabağda yaşayan ermənilərin hüquqlarını qorumağa və daha geniş miqyasda imkanlar yaratmağa hazır olduğunu bəyan edib. Amma şərt birdir: Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, çünki ikinci erməni dövləti qurula bilməz. Ötən əsrin əvvəlində Azərbaycan əraziləri hesabına belə bir dövlət qurulub”.

Fikrət Sadıqov
Fikrət Sadıqov

Fikrət Sadıqov geniş muxtariyyatın daxilində Dağlıq Qarabağın müstəqil xarici siyasəti, bayrağı və polisin olması anlamını vermədiyini hesab edir:

“Geniş muxtariyyatda rəmzlər gündəmə gəlmir, vahid konstitusiya, vahid bayraq və qanunlar olacaq. Məncə, cənab Əli Həsənov da bunu nəzərdə tutur geniş muxtariyyatdan danışıb. Bəli, müəyyən çərçivədə qanunlar ola bilər, amma bu, heç də onların ayrıca dövlət kimi fəaliyyət göstərəcəkləri demək deyildir. Nəhayət, xarici siyasət Bakı tərəfindən yürüdüləcək. Bilirsiniz, bu, Azərbaycan üçün prinsipial məsələdir, amma öz dillərində məktəb, universitet, mətbuat və başqa səlahiyyətlər olacaq”.

Ana səhifəXəbərlər”Ermənilərə muxtariyyat təklifi öz aktuallığını itirib”