Müxalifət baş nazir postuna yeni namizədinin adını mayın 20-də açıqlayacağını da bildirib
Ermənistanın Vahid Milli Konstitusiya Partiyası ölkənin baş naziri Nikol Paşinyana etimadsızlıq votumu bildirilməsi prosesinə başlayıb.
Bu barədə partiyanın sədri Ovik Aqazaryan özünün “Facebook” hesabında yazıb.
“Bu ilin mayın 20-də baş nazir postuna namizədimizin adını açıqlayacağıq”, – deyə Aqazaryan bildirib.
Mayın 6-da Ermənistan parlamentində təmsil olunan müxalifətçi deputatlar artıq impiçment prosesinə başlamağa hazır olduqlarını bildirmişdilər.
“Hazırda hakimiyyət dəyişikliyinə nail olmağın ən doğru yolu baş nazirə etimadsızlıq ifadə etmək prosesidir. (…) Biz heç bir ilkin şərt olmadan namizəd məsələsini müzakirə etməyə hazır olduğumuzu bildiririk və baş nazirə etimadsızlıq votumu prosesini başlatmağa hazırıq”, – deyə müxalif fraksiyanın nümayəndəsi Ayk Mamicanyan bildirib.