Ərbildə türk diplomatlarına hücum olub, ölən var

Ən az üç türk diplomatının hücum zamanı öldürüldüyü deyilir

Source: Meydan TV

Türkiyənin Xarici İşlər Nazirliyi deyib ki, çərşənbə günü İraqın Kürd paytaxtı Ərbildə atəş nəticəsində bir türk konsulluq işçisi öldürülüb, – “Reuters” xəbər verir.

Kürd təhlükəsizlik rəsmiləri isə “Reuters” agentliyinə bildirib ki, ən az üç türk diplomatı hücum zamanı öldürülüb. Hadisə diplomatların yemək yediyi restoranda baş verib.

Hücumun kim və hansı qrup tərəfindən edildiyi məlum deyil. Ankara İraq təhlükəsizlik güclərindən hadisənin araşdırılmasını və şübhəlilərin ən qısa zamanda müəyyən edilməsini tələb edib, – BBC Türkçə xəbər verir.

Xarici İşlər Nazirliyinin məlumatına görə, xaricdə vəzifəsini icra edərkən öldürülən son Türkiyə diplomatı 1994-cü ildə vəfat edən Afina səfirliyinin əməkdaşı Ömər Haluk Sipahioğlu olub.

Prezident sözçüsü İbrahim Kalın “Twitter” hesabında hücumu qınayıb, diplomatın ailəsinə və yaxınlarına başsağlığı verib. "Bu xain hücuma lazımi cavab veriləcək," – deyə Kalın bildirib.

Kürdüstan Regional Hökuməti də hücumu öz saytında dərc edilən bəyanatla qınayıb.

"Hökumətimiz hücumla əlaqədar istintaq başladıb və başsağlığı və kömək üçün türk diplomatları ilə əlaqədədir. Biz Kürdüstan bölgəsinin və xalqının təhlükəsizliyi üçün lazım olan bütün tədbirləri görəcəyik,"- bəyanatda deyilir.

Ana səhifəDünyaƏrbildə türk diplomatlarına hücum olub, ölən var