Ənvər Seyidovun səhhəti yenə pisləşib

Hakim Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib

Source:
Ənvər Seyidov


Hakim Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib

Sentyabrın 25-də Bakı Ağır Cinayətlər Məhləməsinin hakimi Ənvər Seyidov yenidən xəstəxanaya yerləşdirilib.

“Modern.az” yazır ki, hakimin səhhəti gözlənilmədən pisləşib və o, Mərkəzi Neftçilər Xəstəxanasının ümumi reanimasiya şöbəsinə aparılıb.

Xəstəxana saytın yazıdığını təsdiqləyib. Bildirilib ki, Ənvər Seyidov xəstəxanaya gətirilərkən vəziyyəti kritik olub:

“İki gündür bura gətirilib. Gəldiyi günə nisbətən vəziyyəti sabitləşib, həyati təhlükəsi yoxdur. Üzərində hər hansı cərrahiyyə əməliyyatı aparılmayıb”.

67 yaşlı Ənvər Seyidov 2016-cı ilin dekabrın 6-da hipertonik kriz, ürək çatışmazlığı və beyin qan dövranının keçiriciliyinin pozulması diaqnozu ilə Mərkəzi Neftçilər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilmişdi. Həkimlərin müdaxiləsindən sonra hakimin vəziyyətini stabilləşdirmək mümkün oldu.

Ənvər Seyidovun adı bir çox qalmaqallı məhkəmə proseslərinə sədrlik etmiş hakim kimi keçir. Sonuncu yadda qalan proseslər sırasında onun gənc fəal Qiyas İbrahimi 10 il azadlıqdan məhrum etməsi haqda prosesə hakimlik etməsi idi.

Ə.Seyidov əmək fəaliyyətinə 1964-cü ildən başlayıb. 1994-99-cu illərdə Azərbaycan Respublikası Mərkəzi Seçki Kommisiyasının üzvü, təftiş qurupunun rəhbəri olub.

Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimidir.

“Azərbaycan Respublikasında beynəlxalq normaların tətbiqi” (2003), “Konstitusiya və hüququn əsasları”, “Hüququn əsasları” (2008), “Heydər Əliyev və Azərbaycan Konstitusiyası” (2008), “Cinayət prosesində insan hüquqlarının təminatı məsələləri: Beynəlxalq standartlar və dövlətdaxili qanunvericilik” (2012), “Tale yolları”, “Həyat duyğuları” kitablarının müəllifidir.

O, “Azərbaycan Teatr Xadimləri İttifaqı”nın, “Azərbaycan Jurnalistlər Birliyi”nin, “Azərbaycan Yazıçılar Birliyi”nin  üzvüdür.

Ana səhifəXəbərlərƏnvər Seyidovun səhhəti yenə pisləşib