“Korrupsiyanın başında İlham Əliyev dayanır”

Hökumətə müxalifətdə olan  Mİlli Şura “Talana son”, “Monarxiyaya son” şüarları ilə mitinq keçirib. Mitinq Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılıb. Amma mitinqə gətirilən plakatların bir neçəsi stadiona buraxılmayıb. Məhsul stadionunda baş tutan mitinqdə AXCP sədri Əli Kərimli çıxış edərək deyib ki, “Bu meydana gəlmişik ki, monarxiyaya yox deyək. Niyə görə monarxiyaya yox, çünki bu ölkə faktiki olaraq 45 ildir ki, bir ailə tərəfindən idarə olunur. Özünə hörmət edən heç bir millət bu halından məmnun ola bilməz. Hər bir özünə hörmət tələb eləyən millət qalxıb azadlıq tələb eləməlidir ki, bu millətin içindən yetişmiş oğul və qızları var. Bu millət bir ailəyə möhtac deyil. Yetər artıq! Bu ölkənin yeraltı- yerüstü sərvəti, siyasi, iqtisadi hakimiyyəti yalnız bir ailəyə məxsus oldu. Yetər artıq, bəsdir!”

AXCP Gənclər Təşkilatının sədri İlham Hüseyn: “Seçkidə saxtakarlıq edən müəllim xalqın nifrətini görməlidir. Haqsız-ədalətsiz hökm çıxaran hakim xalqın nifrəti ilə üz-üzə qalmalıdır. Üzə duran adam, yaltaqlıq edən ziyalı, elm adından danışan elmsiz, savadsız adam xalqın qınağı ilə üz-üzə durmalıdır, milyardları talan edən adam bu oğurluğu rahat yeyə biməməlidir, rahat nəfəs ala bilməməlidir, evindən bayıra çıxanda insanların nifrətli baxışları ilə qarşılaşmalıdır. Heç kim bu xalqın haqqın yeyib bu insanları zülmə, faciəyə düçar edib rahat yaşamamlıdır”.

Milli Şuranın üzvü Gültəkin Hacıbəyli : ” Bütün mübarizəmizin hədəfi sizlərsiniz. Bütün gözləntilərimiz sizdəndir, əziz bacılar və qardaşlar. Bu ölkədə demokratiya qurmaq, bu ölkəni xilas etmək, bu xalqı əsarətdən , insanlarımızı səfalətdən qurtarmaq, bank kreditlərinin girovluğundan xilas etmək, az saylı məcaviblərdən, pensiyalardan qurtarmaq bizim məsuliyyətimizdir”.

Milli Şuranın sədri Cəmil Həsənli: ” Hər yerdə, hətta anonim zənglər üçün “qaynar xətt”lər açıblar ki, amandır biz korrupsiyaya qarşı mübarizə aparırıq. Tez xəbər verin ki, biz korrupsiya faktların aşkarlayaq. Bu qədər mübarizə aparılır, bu mübarizənin fonunda nə üçün korrupsiyaya qarşı mübarizə nəticə vermir?! Ona görə nəticə vermir ki, bu ölkədə korrupsiyanın başında İlham Əliyev özü dayanır”.

Ana səhifəVideo“Korrupsiyanın başında İlham Əliyev dayanır”