Elza Seyidcahan

Mənbə: Foto: sosial şəbəkə

Başlıq: Elza Seyidcahan

Elza Seyidcahan: Məntəqədə məni və bacımı döydülər

Məqalə yeniləndi:  10 Fevral 2020

"Məni və bacımı döydülər" - Elzadan iddia

Əməkdar artist Prezidentə və MSK sədrinə şikayətlər ünvanlayıb

54 saylı Şabran-Siyəzən dairəsindən namizəd olan əməkdar artist Elza Seyidcahan seçki günü təzyiqə məruz qalması barədə video-açıqlama yayıb.

Elza Seyidcahan Meydan TV-yə deyib ki, bacısı dairənin 13 saylı seçki məntəqəsində Sadiq Qurbanovun adının yazıldığı saxta bülletenlər tapıb:

“Mənə xəbər gəldi, getdim, Məhərrəm Şakir, Məhərrəm Mehriban Nuru qızının müşahidəçi olduğu məntəqəyə. Əlbəyaxa dava oldu. Müşahidəçiləri, bacımı və məni döyüb qovdular. Orada məntəqə sədrinin alt paltarından Sadiq Qurbanovun adının yazıldığı saxta sənədlər çıxdı. Çox biabırçı hadisələr oldu, bütün bunlar Yeni Azərbaycan Partiyasının adına ləkədir. Axı mən partiyanın fəxri üzvüyəm, buna baxmayaraq, məni düşmən kimi qarşıladılar”.

Elza Seyidcahan

Elza Seyidcahan

Mənbə: Foto: sosial şəbəkə

Elza Seyidcahan hazırda qan təzyiqinin yüksək olduğunu, bu səbəbdən danışa bilmədiyini və qarşılaşdığı vəziyyətlə bağlı MSK sədri Məzahir Pənahova, elədə də Prezident İlham Əliyevə şikayət edəcəyini deyib.

Azərbaycanda növbəti parlament seçkiləri 2020-ci ilin noyabrında keçirilməli idi. 2019-cu il dekabrın 2-də parlamentdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasından (YAP) olan deputatların təşəbbüsü ilə Milli Məclis onun buraxılması və növbədənkənar seçkilərin təyin olunması xahişi ilə Prezidentə müraciət edib. Dekabrın 5-də Prezident növbədənkənar seçkilərin 2020-ci il fevralın 9-na təyin edilməsi ilə bağlı sərəncam imzalayıb.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  10 Fevral 2020
Bölmələr:  
qısa linklər:   http://mtv.re/kwwbiz

Ən çox baxılan