“Əliyevin ABŞ müttəfiqliyi ilə bağlı dedikləri onun arzularıdır, reallıqları yox”

İlham Əliyev deyib ki, Ermənistan hakimiyyəti ABŞ-də demokratların hakimiyyətdən getməsi və Trampın prezident seçilməsindən məyus olublar.

“Ermənistanda ümid edirdilər ki, ABŞ-da seçkilərdən sonra demokratların hakimiyyəti davam edəcək. Ancaq Trampın prezident seçilməsi onları ciddi şəkildə məyus etdi”.

Meydan TV-yə danışan şərhçilər isə hesab edir ki, ABŞ-ın yeni adminstrasiyası Ermənistanın ümumi siyasətinə təsir etməyəcək: “İlham Əliyev mesaj verir ki, Tramp hakimiyyəti ilə çox yaxındır. Amma hələ ki, iki hökumətin yaxınlaşması ilə bağlı rəsmi heçnə gözə dəymir. Əliyevin dedikləri sadəcə onun arzularıdır, reallıqları yox”.

Ana səhifəVideo“Əliyevin ABŞ müttəfiqliyi ilə bağlı dedikləri onun arzularıdır, reallıqları yox”