Elina Hacıyevanın ailəsinin şikayəti təmin olunmadı

Vəkil Sevinc Əliyeva jurnalistlərə bildirib ki, işdə Elinanın ölümündə həkimlərin də günahı olmasına dəlalət edən dəlillər var. Lakin istintaq sirri olduğuna görə o detalları açıqlaya bilmirlər.

Source: meydan.tv


Məhkəmə məktəb direktoru Sevinc Abbasovanın həbsini məqsədəuyğun hesab etməyib

8-ci sinif şagirdi Elina Hacıyevanın özünü üçüncü mərtəbədən ataraq intihar etdiyi 162 saylı orta məktəbin direktoru Sevinc Abbasovanın barəsindəki ev dustaqlığının həbslə əvəz olunması məsələsinə baxılıb. Bunun üçün E.Hacıyevanın anası Sevil Hüseynovanın vəkilləri apelyasiya şikayəti vermişdi. Avqustun 8-də hakim Mirzəli Abbasovun sədrliyilə keçirilən prosesdə şikayət təmin edilməyib. Məhkəmə direktorun həbs olunmasını məqsədəuyğun hesab etməyib.

S.Hüseynovanın vəkilləri Emin İsayev, Sevinc Əliyeva və Azər Nağıyev məhkəmədən sonra jurnalistlərə bildirib ki, Elinanın ölümündə həkimlərin məsuliyyətilə bağlı ekspertizanın nəticəsindən narazı qalıb, təkrar ekspertiza keçirilməsi üçün vəsatət veriblər. Vəsatətləri təmin olunub. Müdafiəçilər ekspertizada iştirakını istədikləri mütəxəssisin adını da vəsatətdə qeyd ediblər. Lakin bu hissədə vəsatət təmin olunmayıb.

Vəkillər bildirir ki, birinci ekspertiza rəyində Elinanın ölümündə həkimlərin günahının olmaması nəticəsinə gəlib. Lakin Elinanın ailəsi də, vəkillər də bu rəylə razılaşmır.

Vəkil Sevinc Əliyeva jurnalistlərə bildirib ki, işdə Elinanın ölümündə həkimlərin də günahı olmasına dəlalət edən dəlillər var. Lakin istintaq sirri olduğuna görə o detalları açıqlaya bilmirlər.

E.Hacıyeva bu il aprelin 4-də özünü üçüncü mərtəbədən atıb, yaralı vəziyyətdə xəstəxanaya çatdırılsa da, iki gün sonra orada vəfat edib.

Hadisədən sonra Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. Bir müddət sonra məktəbin direktoru Sevinc Abbasova cinayət məsuliyyətinə cəlb edilib. Ona qarşı Cinayət Məcəlləsinin 143 (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə ittiham irəli sürülüb, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

Elinanın ailəsi direktorun həbsini tələb edir. Bildirirlər ki, o, vaxtında həkim çağrılmasına imkan verməyib: “Əgər vaxtında tibbi yardım göstərilsəydi, bəlkə də Elina bu gün yaşayırdı…”

Ana səhifəXəbərlərElina Hacıyevanın ailəsinin şikayəti təmin olunmadı