Mənbə: Meydan TV

Əlilliyi olan şəxslər Tibbi Ekspertizanın qarşısında etiraz ediblər

Əlilliyi olan şəxslər Tibbi Ekspertizanın qarşısında etiraz ediblər

“Əgər mənim ciyərimin biri götürülübsə, mən necə sağlamam?! Qabırğamı sındırıb, arxadan ciyərimi götürüblər. Ona nə müalicə olunum mən? 10 ildən çoxdur mən pensiya alıram”- 2-ci qrup əlilliyi olan Gülağa Əsgərova bu dəfə əlillik dərəcəsi verilməyib.

Əlilliyi olan şəxslər Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin qarşısına toplaşıblar. Şikayətçilər deyirlər ki, ağır xəstəlikdən əziyyət çəksələr də, bu dəfəki yoxlanışda onlara əlilliyin təyin olunmasından imtina verilib.

Ekspertizanın qarşısında saatlarla dayansalar da, vətəndaşları heç kim qəbul etməyib. Mühafizəçilər deyib ki, COVİD-19 pandemiyasına görə vətəndaşların qəbul saatı azaldılıb. Onlar yalnız səhər saat 9-dan 11-ə qədər şikayətlərini çatdırmağa gələ bilərlər.

Xəstəliyin ağırlıq dərəcəsinə görə əlilliyin müəyyənləşdirilməsi bir neçə ildən bir Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Xidmətində yoxlanılır. Yoxlama "Əlilliyin müəyyən olunması meyarları" barədə Nazirlər Kabinetinin qərarı əsasında aparılır. Qurum Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabelyində işləyir. Nazirliyin mətbuat xidmətinin rəhbəri Fazil Talıbova şikayətlə bağlı sorğu göndərsək də, cavab ala bilmədik.

Əlilliyin verilməməsi şikayətçiləri aylıq 130 manatlıq pensiyadan da məhrum edib. Onlar problem həll olunana qədər işsiz və təqaüdsüz necə yaşayacaqlarını bilmirlər.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/qsft58

Ən çox baxılan