Əli Nağıyevin biznes imperiyası

Korrupsiya mübarizəçilərinin gizli biznes şəbəkəsi

Source:
Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin hazırki rəis müavini Əli Nağıyev
Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin hazırki rəis müavini Əli Nağıyev


Korrupsiya mübarizəçilərinin gizli biznes şəbəkəsi

59 yaşlı Əli Nağıyev kifayət qədər məşğul şəxsdir. Onun işi dünyada rüşvətxorluğun ən çox yayıldığı ölkələrdən birində – Azərbaycanda korrupsiyaya qarşı mübarizə aparmaqdır.

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində rəis müavini olan Nağıyevin vəzifəsi hakimiyyət orqanlarında məmurların maraq dairələrini, nepotizm və digər sui-istifadə hadisələrini araşdırmaqdır.

Belə olan halda, Azərbaycan “pulyuyan maşını”-nın – çoxməqsədli şəkildə çirkli pulların yuyulması üçün yaradılmış platformasını və ölkənin hakim elitasının maliyyə cinayətləri üçün istifadə edilən fondu araşdırmalı olan əsas fiqurlardan biri də məhz odur.

Lakin bir məsələ var. Məlum olub ki, Əli Nağıyevin özü, oğulları və qardaşı oğlu maliyyə fırıldaqçılığı istifadəçilərindəndir.

Nağıyevlər ailəsi beynəlxalq biznes oyunçularıdırlar ki, onların biznesləri Çexiya və Türkiyədəki multi milyon dollarlıq aktivləri ilə bərabər Bakıdan tutmuş ta Britaniyanın Vircin adalarınadək (BVA) uzanır. Daşınmaz əmlak sahəsində baronlara çevrilməzdən öncə, ailə üzvləri dövlətə işlədiklərinə görə bu pulların mənbəyi dərhal aydınlaşdırılmayıb.

Nağıyevin 28 yaşlı oğlu İlqarla 29 yaşlı oğlu İlham Praqada yerləşən “AME Holding”-in sahibidirlər. Bu holdinq, Azərbaycanın məşhur təyinat yeri olan Çexiya Respublikasında daşınmaz əmlak sahəsinə böyük yatırımlar edib. Hazırda isə bu şirkət BVA-da qeydiyyata alınmış və yalnız İlhamın sahiblik etdiyi “Nettle Stone Investment Ltd.”-yə aiddir.

“AME Holding”-in adı da Azərbaycanın “pulyuyan maşını”-nda hallanır. Sızılan bank qeydlərinə görə, 2013-cü ilin iyul və avqust aylarında holdinqin Çexiya bank hesabında çirkli pulyuyan sistemində olan əsas şirkətlərdən biri “Metastar Invest LLP”-dən 1.25 milyard dollar alıb. Həyata keçirilən tranzaksiyanın məqsədi “tikinti avadanlıqları” kimi qeyd edilib. Buna baxmayaraq, çex daşınmaz əmlak holdinqinin Britaniya şirkətinə tikinti avadanlığını satması da aydın deyil.

Bundan başqa, Əli, iki oğlu və qardaşı Vəlinin oğlu Nağı ilə eyni adda olan şəxslər ayrıca olaraq “pulyuyan maşın”-dan şəxsi və Çexiya bank hesablarına 350 min dollardan çox pul alıblar. Bu tranzaksiyaların bir çoxunda əməliyyatın adı qeyd edilmir, onlardan yalnız ikisində “kompüter” qeyd edilib.

Nə Əli Nağıyev, nə də ki, onun qardaşı Vəli Nağıyev bu məqaləylə bağlı heç bir şərh verməyiblər. Baş Prokurorluğun sözçüsü bildirir ki, Əli Nağıyev korrupsiyaya qarşı effektiv şəkildə mübarizə aparır və ona qarşı olan bütün iddiaları “paxıl insanların ittihamları” adlandıraraq rədd edir.

OCCRP jurnalistlərinin Nağıyevlərdən şərh almaq niyyətindən sonra, “məqaləni necə dayandırmağı müzakirə etmək” üçün araşdırmaçı jurnalistlər azərbaycanlı bir jurnalist tərəfindən müraciət alıblar. Jurnalistin sözlərinə görə, o, Nağıyevin göstərişi ilə bunu edib.

Əli Nağıyevin hakimiyyətdə tutduğu yüksək vəzifəsinə görə, mediada onun ailəsi haqqında məlumat o qədər də çox deyil. Bu, həm də Nağıyevin əvvəl tutduğu vəzifə – milli təhlükəsizlik naziri müavini vəzifəsi ilə bağlı ola bilər. Bu sahə əməkdaşları haqda məlumatlar adətən gizli saxlanılır.

Əli Nağıyev təhlükəsizlik işində tutduğu vəzifədən 2011-ci ildə, deyilənlərə görə, sabiq nazirliyin sabiq naziri Eldar Mahmudovla arasında yaranan konfliktlərdən sonra azad edilib və qısa bir zamanda korrupsiyaya qarşı mübarizə aparan idarənin rəis müavini təyin edilib.

Böyük planlar, böyük yatırımlar

Çexiya Respublikasında İlham və İlqar Nağıyevlər otel və daşınmaz əmlakın inkişaf layihələri üzərində fokuslanan daşınmaz əmlak və tikinti imperiyasına nəzarət edirlər. Qardaşların sahiblik etdiyi şirkətlər və onların biznes partnyorları Çexiyanın paytaxtı Praqada və spa şəhəri olan Mariansk Laznada böyük yatırımlar ediblər.

İlham Nağıyev
İlham Nağıyev

Adıçəkilən şəhər hazırda UNESCO-nun baxış-icmalı altındadır. Ehtimal var ki, bu şəhər unikallığına və memarlıq abidələrinə görə, Dünya Mirası Siyahısına daxil edilsin. Partnyorlar “Vichy Celestines” brendi adı altında “Hotel Palace Europa”-nın rekonstruksiyasında 59 milyon dollar yatırım etməyi planlaşdırırlar.

Nağıyev qardaşlarının ən ambisiyalı layihələri Marians Laznda olan “Hotel Palace Europa”-nın rekonstruksiyasıdır. Bu, dünya şöhrətli şahmat oyunları, o cümlədən 1925-ci ildə Frank Marşal və Aron Nimzovitsin iştirak etdikləri əfsanəvi şahmat oyunlarının keçirildiyi bir yerdir.

Nağıyevlər “AME Holding” vasitəsilə tarixi binaların bütöv bir məhəlləsini alaraq Fransa şirkəti ilə birgə 10 binanı birləşdirərək beş ulduzlu bir otel – “Vichy Célestins Spa Hotel” tikməyi planlaşdırırlar. Rekonsturksiyadan sonra otel 104 otaq, üç restoran, yeralı parkinq, siqar salonu və iki kafeni özündə birləşdirəcək.

Mariansk Laznın bələdiyyə nümayəndəsi Miroslava Urbantsovaya görə, lahiyənin bitməsinə hələ ki, çox var. “AME Holding” layihənin bitmə vaxtının 2019-cu ilin iyun ayınadək uzadılmasını istəyib.

“Onlar çox böyük yatırımla işə başladılar”,- deyə Urbantsova bildirərək izah edir ki, daha sonra 2014-cü ildə neftin qiymətinin düşməsilə Azərbaycan iqtisadiyyatı kəskin şəkildə böhranla üzləşdi:

“Bundan sonra onlar da rekonstruksiya işini dayandırdılar və hazırda isə təhvil müddətini uzatmaqla bağlı tez-tez müraciət edirlər”.

Nağıyev qardaşlarının bundan savayı digər otel və daşınmaz əmlak yatırımları var. Qardaşlar digər məşhur azərbaycanlı iş adamları ilə Praqada və Mariansk Laznda daha 46 milyon dollar dəyərində başqa layihələrə yatırımlar da ediblər.

Credit: pilaco
Credit: pilaco

Digər investorların sırasına Azərbaycan Dəmir Yolları QSC-nin direktor müavinləri Vüsal Aslanov və Fuad Səfərov, Azərbaycan Milli Məclisinin üzvü Malik Əvəz oğlu Həsənov, onun qardaşı və Əmlak Məsələləri Dövlət Komitəsinin sədri olan Kərəm Həsənov da daxildir.

Qardaşların Çexiyadakı biznes maraqlarını qoruyan və Azərbaycan vətəndaşı olan, “AME” də daxil olmaqla qeyd edilən şirkətlərin direktoru Eltay Dilbazidir. O da məqaləyə şərh verməkdən imtina edib.

İmperial Holding

“Imperial Holding” adlanan Çexiya daşınmaz əmlak şirkətilə bərabər İlqar Nağıyev “JGY Czech” şirkətinə də sahiblik edir. Şirkətin binası Praqada Seifertova küçəsində yerləşir.

Bina İqtisadiyyat Universitetindən və əsas dəmiryolu vağzalından bir neçə dəqiqəlik məsafədədir. Binanın alt qatında “Costa coffee” şəbəkəsi, digər qatlarında isə universitet tələbələri üçün mənzillər var.

“Imperial Holding” həmçinin Mariansk Laznın mərkəzində yerləşən məşhur attraksionların – mərkəzi meydan və musiqili fəvvarəsinin yanında keçmiş “Rokzvet Palace”-a (otelə çevrildiyinə görə) da sahibdir.

“Imperial Holding” alındıqdan bir neçə ay sonra yanıb, yanğının səbəbi isə müəyyən edilməyib. Daha sonra şirkət klassik memarlıq nümunəsinə görə məşhur olan bu sarayın dəqiq surətini tikəcəyinə söz verib. Lakin bu, elə söz olaraq da qalıb. Boş pəncərələrlə əhatə edilən binadan qalan qalıqlar ağ rəngli materialla örtülərək, içəri girmək istəyənlərin qarşısını alır.

Panorama

Nağıyev ailəsi həmçinin Azərbaycan vətəndaşı olan Pərviz Məmmədova aid “Panorama VVM” ilə də bağlıdır. Məmmədov Nağıyevin Azərbaycanda və Çexiyada olan şirkətlərinin meneceri və “AME Holding”-in maliyyə işləri üzrə vitse-prezidentidir.

“Panorama” Mariansk Laznın əsas küçəsində yerləşən məşhur binalara sahibdir: Javorina, Oradour və Jalta. Bir əsrdən çoxdur ki, bu üç bina turistlərin axtardığı müalicəvi spa sanatoriya evləri kimi xidmət göstərir.

Çexiyada kommunist rejiminin dağılmasından sonra evlər özəlləşdiriləndə, onlardan biri Jalta şəhərin məşhur diskoteka klubuna çevrildi.

2013-cü ildə “Panorama” bölündü, Məmmədov iki binaya, Abu Taha isə üçüncüyə sahib oldu. Məmmədovun holdinqinin qiyməti 55 milyon çex kronu (2 milyon dollar) dəyərində qiymətləndirlir.

Yaxınlarda hər üç ev yenidən quruldu. Yer qatında olan mağazalardan başqa, binalar hələ ki, boş qalıb.

Urbantsova deyir ki, görünən odur ki, yenidənqurma işləri hələ tamamlanmayıb:

“Tikinti şirkəti hələ ki, binanın yekun təsdiqi üçün müraciət etməyib, ona görə düşünürəm ki, yenidənqurma işləri hələ də davam edir”.

Qardaşlar və şirkətlər

“AME Holding” və “Nettle Stone Investment” göstərir ki, İlqar Nağıyevin ünvanı Əli Nağıyevin Bakıdakı qeydiyyat ünvanı ilə eynidir.

İlham Nağıyevin adı 2013 və 2015-ci illər arasında əmlak şirkəti olan “Jankovcova 18”-in idarə heyətinin üzvü olaraq qeyd edilib. Onun qardaşı İlqar da o vaxtdan idarə heyətinin üzvü olub. Şirkət 2.4 milyon dollar (60 milyon çex kronu) qiymətində dəyərləndirilir.

“Jankovcova 18” italyan investorlar qrupu tərəfindən “Amore per Sempre” (“Əbədi Sevgi”) adı altında təsis edilib. Bu əmlakın inkişaf layihəsi, Praqa şəhərinin dəbli hissəsi sayılan Holešovice-də yerləşir. Şirkət ilk olaraq, sənaye məkanını otel və ofislərə çevirməyi nəzərdə tutan əmlakı almışdı.

Müsahibə aldığımız işçilərin sözlərinə görə, ilkin plan sonradan dəyişdirilib. Hazırda şirkət mənzil, yeraltı qarajlar və restoranlar tikməyi planlaşdırır. İlqar Nağıyev həmçinin “FQA Czech”, 2013-cü ilin mart ayından etibarən Çexiyada yerləşən ofşore səhmdarları olan daha bir əmlak şirkətinin direktorudur. Şirkətin kapitalı 500 min dollar (9.5 milyon çex kronu) dəyərindədir.

İlham Nağıyev 2012-ci ildə Azərbaycan Gənc İş Adamları şəbəkəsinin sədr müavini seçilib.

Ailənin Bakı imperiyası

İlqar Nağıyevə məxsus Bakıda yerləşən “Romb” MMC, 2008-ci ildə təsis edilib. Hazırda onun adı şirkətin rəhbəri kimi qeyd edilir. 2012-ci ildə Milli Məclisin qərarından sonra sahibkarlar haqda məlumatlar kommersiya sirri olduğundan hazırda şirkətin sahibkarı haqda məlumat yoxdur. Lakin şirkətin təsis edildiyi zaman onun təsisçisi və rəhbəri Orxan Nağıyev olub.

Onun Nağıyevlər ailəsilə ilə əlaqəsi aydın deyil, lakin O.Nağıyevin onlarla bir sıra biznes bağlılıqları var.

Orxan Nağıyev ən azından eyni ünvanda qeydiyyatda olan şirkətlərin direktoru və sahibidir: “ER & ER Group-A LLC”; “Etalon NM” (eyni gün ərzində “Romb” MMC ilə birləşdirilib), “Baku Aluminium Industry” MMC; və “Lifestyle Spa and Wellness Salon”.

Orxan Nağıyev bundan əlavə Nağıyev ailələrinə aid Bakıda yerləşən digər şirkətləri də idarə edir.

Bir çox ailə maraqlarına xidmət edən bina

Nərimanov rayonunda yerləşən, üzərində “Life Center” yazılan 17 mərtəbəli bina. Bu bina Nağıyevin ailə üzvləri və onların şirkətlərinin qanuni ünvanı kimi xidmət göstərir.

Buraya Əli Nağıyevin milli təhlükəsizlik nazir müavini işlədiyi dönəmdə dövləti internet trafikə nəzarət, izləmə və kommunikasiya avadanlıqları ilə təmin edən şirkətlər daxildir.

Eyni bina həmçinin 2015-ci ildə Azərbaycan Dövlət Miqrasiya Xidmətinin rəis müavini vəzifəsinə gəldikdə və dövlət vəzifəsi tutsa da, qanunazidd olaraq biznesinə son qoymayan Əli Nağıyevin qardaşı Vəli Nağıyevin də biznes maraqlarına xidmət edir. Onun da şirkətləri Türkiyədə, Çexiya və Azərbaycanda multi milyon dollar həcmində tikinti və istirahət sahələrinə ayrılan yatırımlara sahibdir.



Mənbə:

OCCRP


Ana səhifəAraşdırmaƏli Nağıyevin biznes imperiyası