Əli Kərimli sərbəst buraxılıb (yenilənib)

Binanın qarşısındakı mülki geyimli və uniformada olan polis qüvvələri onu müşayiət edənlərin hamısını zorla avtomobillərə mindiriblər.

Source: Specify Source
Polis yüzlərlə insana zor tətbiq edir – Əli Kərimli aksiyada polislə üz üzə

***



23.20.



AXCP sədri Əli Kərimli sərbəst buraxılıb. Bu barədə partiya sədrinin müavini Gözəl Bayramlı məlumat yayıb. Eyni zamanda, partiya funksioneri Vahid Məhərrəmli azadlıqdadır.

***


Partiya sədri mitinqə getmək üçün evindən çıxarkən zorla maşına mindirilib

AXCP sədri Əli Kərimlinin zorla maşına mindirilərək aparıldığı bildirilir.

Məlumatı AXCP-nin mətbuat xidməti yayıb. Bildirilir ki, partiya sədri mitinqə getmək üçün evdən çıxıb. Binanın qarşısındakı mülki geyimli və uniformada olan polis qüvvələri onu müşayiət edənlərin hamısını zorla avtomobillərə mindiriblər.

Bildirilib ki,

Əli Kərimli

həbs olunub.

Ərazidə internet dayandırıldığı üçün əhatəli məlumat almaq mümkün deyil.

Bakı Şəhər İcra Hakimiyyəti Demokratik Qüvvələrin Milli Şurasının (DQMŞ) mitinq üçün müraciətinə Lökbatan qəsəbəsini göstərib. Ancaq DQMŞ aksiyanın oktyabrın 19-da saat 15-ə “28 may” metrostansiyasının qarşısında keçirəcəklərini bəyan edib.


Bu gün səhər

dən 28 may metrostansiyanın fəaliyyəti dayandırılıb, ərazi polis mühasirəsindədir və internet kəsilib.

Ana səhifəSiyasətƏli Kərimli sərbəst buraxılıb (yenilənib)