Əli Kərimli: Növbəti tarixi günlərdə yenə də Şəhidlər Xiyabanını ziyarət edəcəyik

Əli Kərimli

Əli Kərimli

''Sizin kimi cəsur insanlar Azərbaycana müstəqillik gətirdi''

Səbail Rayon Məhkəməsi AXCP sədri Əli Kərimlini 2500 manat cərimə qərarı çıxararaq, məhkəmə zalından azad edib.

AXCP sədri məhkəmə önündə jurnalistlərə bildirib ki, hakimiyyət Şəhidlər Xiyabanını qapatmaq istəsə də, bu, baş tutmadı.

Əli Kərimli bildirib ki, prosesdə onun Şəhidlər Xiyabanını hansı dövlət tədbirinə görə bağlanması sualına, turistlərin gəlməsi cavabını veriblər.

O, tərəfdarlarına müraciət edərək, bildirib:

“Növbəti tarixi günlərdə birlikdə yenə də Şəhidlər Xiyabanını ziyarət edəcəyik. 30 il əvvəl də sizin kimi cəsur insanlar Azərbaycana müstəqillik gətirdi”.

Demokratik Qüvvələrin Milli Şurası 17 noyabrda Şəhidlər Xiyabanını ziyarət etmək istərkən polis müdaxiləsi ilə üzləşib. Milli Şuranın sədri Cəmil Həsənli və AXCP sədri Əli Kərimli aksiyanın digər iştirakçıları ilə birlikdə saxlanılıblar. Sonradan C.Həsənli sərbəst buraxılıb.

Bakı Baş Polis İdarəsinin məlumatına görə, ümumilikdə 52 nəfər saxlanılıb. Sonradan 41 nəfər sərbəst buraxılıb. Saxlanılan 11 nəfər arasında AXCP sədri Əli Kərimli də olub.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/q0rugx

Ən çox baxılan