Əli Kərimli İlham Əliyevin çıxışından təəccüblənib

Arif Hacılı: “Azərbaycanda vətəndaşların sərbəst toplaşmaq hüququ yalnız Bakı şəhərinin “Məhsul” stationunda təmin edilir və yalnız mitinq şəklində”

Source:


Arif Hacılı: “Azərbaycanda vətəndaşların sərbəst toplaşmaq hüququ yalnız Bakı şəhərinin “Məhsul” stationunda təmin edilir və yalnız mitinq şəklində”

AXCP sədri Əli Kərimli dövlət başçısı İlham Əliyevin sentyabrın 20-də Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin nümayəndə heyətilə

görüşdə

sərbəst toplaşmaq hüququ barədə səsləndirdiyi fikirlərdən təəccüblənib.

Bu barədə Əli Kərimli Meydan TV-yə İlham Əliyevin fikirlərini şərh edərkən deyib.

O, Milli Şuranın 17 sentyabr mitinqi ərəfəsində AXCP-nin 86 üzvünün həbs olunduğunu xatırladaraq bildirib ki, onlardan 6-na inzibati cəza verilib, digərləri də polis idarələrində saxlanılıblar və hazırda məhkəmələrə müraciət edirlər: “Mitinqin sonunda isə sayını müəyyənləşdirə bilmədiyimiz çoxlu insan saxlanıldı. Ən azı 12 nəfərə əsassız şəkildə inzibati cəza kəsildi. Bu baxımdan Əliyevin sərbəst toplaşma azadlığının təmin olunduğunu söyləməsi mənə çox təəccüblü gəldi. Əliyevin dediklərinin həqiqət olmadığını bütün dünyanın və Azərbaycan xalqının bildiyi halda bu fikirlərin Avropa parlamentarilərinin qarşısında səsləndirilməsi təəccüblüdür. Eləcə də İlham Əliyev görüşdə iddia edir ki, ölkədə insan hüquqlarının durumu yaxşılaşıb. Necə ola bilər ki, yalnız bir partiyanın 11 funksioneri qurama ittihamlarla həbs olunub, Beynəlxalq Amnistiya Təşkilatı onların əksəriyyətini “vicdan məhbusu” elan edib, amma ölkədə insan hüquqlarının vəziyyəti yaxşılaşıb? Yalnız NİDA-nın 5 üzvü həbsdədirsə, REAL sədri haqqında Avropa Məhkəməsinin bir neçə qərarı olmasına baxmayaraq hələ də həbsdə saxlanılırsa, o cümlədən, 11 il azadlıqdan məhrum edilmiş və cəzasını tam çəkmiş Əli İnsanova qarşı uydurma ittihamlar irəli sürülürsə, Taleh Bağırzadə və həmkarları haqda qurama cinayət işi açılırsa, onlara qəddar işgəncələr verilirsə, bu barədə dünyanın nüfuzlu təşkilatları danışırsa, bir dövlətin başçısı necə sadaladıqlarımın olmadığını iddia edə bilər?”

Əli Kərimli İlham Əliyevin çıxışından bəzi məqamların aydınlaşdığını da deyir: “İndi biz təsəvvür edə bilərik ki, Azərbaycan telekanalları həqiqətəzidd, yalan məlumatlar yaymaq tapşırığını hardan alırlar”.

Avropalı parlamentarilərin İlham Əliyevin söylədiklərini susqunluqla dinləmələri barədə suala gəlincə, AXCP sədri belə cavab verib: “Məlumat “Azərtac”-ındır, ona görə də agentliyin iddia etdiyi kimi, görüşdə hamının özünü məktəbli uşaq kimi apardığını təsdiqləyə bilmərik. Bəlkə söhbət kifayət qədər çətin olub. Ancaq parlamentarilərin davranışının iki məqamından çox təəssüfləndim. Birinci, Azərbaycanın coğrafi mövqeyi əlbəttə önəmlidir, ölkəmiz bir sıra tranzit layihələr üçün önəm kəsb edir, başqa strateji önəmləri də var. İlham Əliyev bundan sui-istifadə edərək avropalıları ölkədəki qeyri-demokratik rejimlə barışmağa sövq edir. Sanki avropalılar dövlətin strateji-coğrafi mövqeyi ilə şantaj edilir və onlar da bunu qəbul edirlər. İkinci, Əliyevin çıxışından görünür ki, Avropanın özündə yekdillik və ümumi maraq və prinsiplər yoxdur. Avropa Parlamenti Azərbaycan haqqında çox prinsipial qətnamə qəbul edib, amma İlham Əliyev “kürü diplomatiyası”nın işlədiyi Avropa Şurasını tərifləyir. 2015-ci il seçkilərini müşahidə etmədiyi üçün ATƏT-i, Avropa Parlamentini sərt tənqid edir, ancaq hökumətin saxta parlament seçkilərinə legitimlik libası geyindirməyə çalışan korrupsiyaya meylli Avropa Şurasının deputatlarını tərifləyir. Bu, Avropanın özü üçün də bir çağırışdır, onlar bu barədə yaxşı düşünməlidirlər. Yaxud bir sıra Avropa dövlətləri tərif edilir, çünki həmin dövlətlər iqtisadi faydadan istifadə edir, bəzi Şərqi Avropa ölkələrində isə sosializmin qalığı olan korrupsiya mexanizmi hələ də işləyir.

Azərbaycanın mahir korrupsionerləri həmin Avropa ölkələrində boşluqlar tapa bilirlər, korrupsiyaya meylli partiya və funksionerlər vasitəsilə dövlətlərin siyasətinə təsir göstərə bilirlər. Bunların hamısı avropalıların qayğısıdır. Necə olur ki, avtoritar ölkənin rəhbəri özünün əlində olan resurslardan istifadə edərək Avropanın daxilində fərqli münasibətlərə nail ola bilir? Nəticədə itirən Avropa dəyərləri olur. Sadə azərbaycanlı isə Avropadan gəlib Azərbaycan kanalları qarşısında YAP funksionerləri kimi danışanları görəndə Qərbdən küsürlər. Düşünürlər ki, Avropa öz dəyərlərini və prinsiplərini satışa çıxarıb. Hesab edirəm ki, Avropa strukturları bu məsələləri ciddi araşdırmalı və onlar Azərbaycan xalqı ilı əlaqələri daha priopritet elan etməlidirlər, nəinki hakimiyyəti zəbt edən rejimin təmsilçilərilə”.

Arif Hacılı

Müsavat Partiyasının başqanı Arif Hacılı hesab edir ki, sərbəst toplaşma hüququ ölkənin hər rayonunda və şəhərində təmin edilməlidir: “Konstitusiyanın 49-cu maddəsində vətəndaşların bu hüququ birmənalı təsbit olunub. Ancaq Azərbaycanda vətəndaşların sərbəst toplaşmaq hüququ yalnız Bakı şəhərinin “Məhsul” stationunda təmin edilir və yalnız mitinq şəklində. Beləliklə, paytaxtın digər yerlərində bu hüquq tanınmır. Halbuki, müvafiq qanunda birmənalı şəkildə bu məsələ göstərilib”.

Arif Hacılı bir neçə il əvvəl metronun “20 Yanvar” stansiyası qarşısından “Məhsul” stadionuna qədər yürüş-mitinq keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə ünvanladıqları müraciətə rədd cavab aldıqlarını xatırladıb: “Sərbəst toplaşmaq hüququ yalnız mitinq deyil, bu yürüşlərə, piketlərə də aid olan məsələdir. Ona görə Azərbaycan Konstitusiyasına və qanunlara bələd olan hər kəs bilir ki, ölkədə sərbəst toplaşmaq hüququ təmin edilmir”.

Ana səhifəXəbərlərƏli Kərimli İlham Əliyevin çıxışından təəccüblənib