Əli Kəriminin mühafizəçisinə hökm oxundu

Ruslan Əmirov da təqsirsiz olduğunu, siyasi motivlərlə cinayət məsuliyyətinə cəlb edildiyini vurğulayıb.

Source: Ruslan Əmirovun şəxsi arxivi


Ruslan Əmirova 4 il şərti cəza verilib

İyunun 17-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi, partiya üzvü Ruslan Əmirova hökm oxunub.

O, 2020-ci ilin iyulunda Qarabağa və Azərbaycan Ordusuna dəstək yürüşünə görə məhkum edilib.

2021-ci il iyulun 17-də Səbail Rayon Məhkəməsində onun barəsində hökm çıxarılıb.

Hakim Azər Tağıyevin sədrliyilə çıxarılan hökmə əsasən, Ruslan Əmirov Cinayət Məcəlləsinin 186 (özgə əmlakına ziyan vurma), 315 (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə) və başqa maddələrilə təqsirli bilinib. AXCP fəalı yürüş zamanı bir qrup şəxsin Milli Məclisin binasına daxil olması, maşınların aşırılması kimi olaylarda təqsirli bilinib.

Məhkəmə prosesində öncə prokuror çıxış edib və Ruslan Əmirova 4 il 6 ay şərti cəza verilməsini tələb edib.

Daha sonra müdafiə nitqilə çıxış edən vəkil Bəhruz Bayramov müvəkkilinə qarşı ittihamları sübut edən heç bir faktın olmadığını deyib və bəraət istəyib.

Ruslan Əmirov da təqsirsiz olduğunu, siyasi motivlərlə cinayət məsuliyyətinə cəlb edildiyini vurğulayıb.

O da bəraət hökmü çıxarılmasını istəyib.

Qısa müşavirədən sonra hakim hökmü elan edib.

Hökmə əsasən, ona 3 il 6 ay sınaq müddəti olmaqla, 4 il şərti cəza verilib.

Ruslan Əmirov hökmdən apelyasiya şikayəti verəcəyini bildirib: "Bu ittiham qondarmadır. Mən həmin gün Ordumuza dəstək verməyə gedən 30 min adamdan biri olmuşam. Hökmlə bağlı bircə cümlə deyəcəyəm: tək səbəb Azərbaycan Xalq Cəbhəsi Partiyasında – Əli Kərimlinin yanında olmağımdır…"

Ana səhifəSiyasətƏli Kəriminin mühafizəçisinə hökm oxundu