Əli Əhmədov: Azərbaycanda hər il 100 mindən az olmayan iş yeri yaradılmalıdır

Vahid Məhərrəmov: ”Ölkədə işsizlik 5 faizdirsə, hər il 100 min iş yeri yaratmağa nə ehtiyac var?”

Source:
Əli Əhmədov
Əli Əhmədov


Vahid Məhərrəmov: ”Ölkədə işsizlik 5 faizdirsə, hər il 100 min iş yeri yaratmağa nə ehtiyac var?”

Baş nazirin müavini Əli Əhmədov son 15 ildə Azərbaycanda 1,9 milyon yeni iş yerinin yaradıldığını

söyləyib

.

O, mayın 21-də “Dayanıqlı İnkişaf Məqsədlərinə doğru: davamlı inkişafın və layiqli əməyin təbliği” konfransında deyib ki, 1,9 milyon iş yeri iqtisadi əhalinin 40 faizi deməkdir.

Əli Əhmədov bildirib ki, hər il Azərbaycan əhalisi 1,1-1,2% artır. Bu da o deməkdir ki, Azərbaycanın əmək bazarına hər il 100 mindən çox yeni iş qüvvəsi daxil olur:

“Qarşımızda duran əsas hədəflərdən biri budur ki, hər il Azərbaycanda 100 mindən az olmayan iş yeri yaradılmalıdır ki, Azərbaycanda insanlarımızın əmək fəaliyyəti məşğulluğunun təmin edilməsi istiqamətində hökumətin qarşıya qoyduğu məqsədə nail olmaq mümkün olsun. Azərbaycanda əhalinin 45 faizdən çoxu kənd yerlərində yaşayır və kənd təsərrüfatı ilə məşğul əhali bütövlükdə böyük çəkiyə malikdir”.

Kənd təsəsrrüfatı üzrə ekspert Vahid Məhərrəmov xatırladıb ki, 25 ildir Yeni Azərbaycan Partiyası hakimiyyətdədir. Onun sözlərinə görə, əgər planlarında 100 min iş yeri açmaq olsaydı, ölkədə işsiz adam qalmamalı idi.

“Ancaq hazırda Azərbaycan əhalisinin yarısı işsizdir. Dövlət Statistika Komitəsinin (DSK) məlumatına əsasən 6 milyon 700 min əmək qabiliyyətli əhalinin təxminən 3 milyon 500 mini işlə təmin edilib. DSK göstərir ki, kənddə yaşayan əhalinin təqribən 1 milyon 750 mini işlə təmin olunub. Bu, o deməkdir ki, kənddə yaşayan əmək qabiliyyətli əhalinin hamısı işlə təmin edilib. Əgər belədirsə, kənddə yeni iş yeri yaratmağa nə ehtiyac var? Burdan belə nəticə çıxır ki, DSK-nin məlumatları qüsurludur”.

Ekspertin sözlərinə görə, rayonlarda əkin sahələrinə subsidiya alanların sayı 450 mindir.

“Təsəvvür edin, kənddə 7 sot torpaq ərazisini əkib-becərən adamlar da siyahıda var. Deməli, rəsmi statistikada 1,3 milyondan çox adam artıq göstərilib. Bütün bunlar Əli Əhmədovun ya reallığı deyə bilmədiyini, ya da xəbərsiz olduğunu göstərir”.

Vahid Məhərrəmov
Vahid Məhərrəmov

Vahid Məhərrəmov prezident İlham Əliyevin əhalinin 5 faizinin işsiz olması haqda açıqlamasını xatırladaraq deyib ki, Qərbin də ən inkişaf etmiş ölkələrində işsizlik 5 faizdir. Ona görə bu rəqəm norma sayılır ki, 5 faizdən aşağı olanda rəqabət mühiti yaranır, 5 faizdən çox olanda əhalinin daha çox sayda işsiz olduğu ortaya çıxır.

“İndi 5 faiz normaldırsa, hər il 100 min iş yeri yaratmağa nə ehtiyac var? Əslində, hakimiyyət rəsmiləri əmək qabiliyyətli əhalinin yarısının işsiz olduğunu etiraf etməli və hansı sahədə işsizliyin qarşısını almaq üçün islahatlar aparılmalıdır. Bundan əlavə çoxlu sayda fabrik və zavodlar var ki, qapadılıb. Görünən odur ki, hakimiyyətin hər hansı konsepsiyası və proqramı yoxdur. Sadəcə, tədbirlərdə əsassız çıxışlar edirlər. Sual yaranır, kənd təsərrüfatında daha çox işçi cəb etmək üçün hansı işləri görəcəklər? Pambıqçılıqla bağlı görülən işlərin nəticəsi odur ki, bu sahə gəlirli olmadı, büdcəyə və kəndlilərə fayda vermədi. Əslində, büdcə təşkilatlarında çalışanları pambıq yığımına cəlb etdilər. Hər il 200 min adamın pambıqçılığa cəlb ediləcəyi nəzərə alınırdı, pambıq yığımı 1-2 ay davam etdiyi halda bu, mümkün deyildi. İndi 1-2 aya görə 500-600 manat alıb 1 ildə ailəsini bununla təmin etmək mümkünsüzdür”.

Ana səhifəXəbərlərƏli Əhmədov: Azərbaycanda hər il 100 mindən az olmayan iş yeri yaradılmalıdır