Eldəniz Səlimov

Mənbə: Lent.az

Başlıq: Eldəniz Səlimov

Eldəniz Səlimov YAP-dan çıxarıldı

Milli Məclisin İntizam komissiyası da deputatla bağlı rəy verib

Avqustun 2-də Milli Məclisin İntizam komissiyasının iclası keçirilib.

İclasda Baş prokuror Kamran Əliyevin "Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Adil oğlu Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında” təqdimatına baxılıb.

Bildirilir ki, deputat Eldəniz Səlimov iclasda çıxış edərək əməlini etiraf edib və üzr istəyib.

Bundan sonra, İntizam komissiyası Eldəniz Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında rəy verib və məsələ parlamentin avqustun 3-də keçiriləcək iclasına tövsiyə olunub.

Eyni zamanda, hakim partiyanın Xaçmaz rayon təşkilatının İdarə Heyəti təşkilatın nüfuzuna xələl gətirən hərəkətləri ilə əlaqədar Eldəniz Səlimovun YAP üzvlüyündən xaric edilməsi haqda qərar qəbul edib.

Bu barədə "Report.az"a YAP-ın rayon şöbəsindən məlumat verilib.

İyulun 29-da saat 01 radələrində Xaçmazda yerləşən "Starıy Dvor” restoranında Milli Məclisinin deputatı Eldəniz Səlimovun xidməti vəzifəsini icra edən polis əməkdaşına zor tətbiq etdiyi açıqlanıb.

Bildirilir ki, Daxili İşlər Nazirliyindən daxil olmuş material Baş Prokurorluqda araşdırılıb.

Toplanmış material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb. Hazırda iş üzrə intensiv istintaq hərəkətləri aparılır.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/ir5cb3

Ən çox baxılan