Eldəniz Quliyev təqsirləndirilən şəxs qismində məhkəməyə cəlb olunub

Ramil Usubov xüsusi ittihamçı kimi tanınıb və onun şikayəti icraata qəbul edildi

Source:


Ramil Usubov xüsusi ittihamçı kimi tanınıb və onun şikayəti icraata qəbul edildi

Sentyabrın 2-də Nəsimi rayon Məhkəməsində hakim Şəlalə Həsənovanın sədrliyi ilə Ramil Usubovun Eldəniz Quliyevə qarşı xüsusi ittiham qaydasında (CM-nin 147 və 148-ci maddələri) şikayəti üzrə məhkəməyə hazırlıq iclası keçirilib.

Məhkəmədən “Azerfax” saytına verilən məlumata görə, iclasda Ramil Usubov xüsusi ittihamçı kimi tanınıb və onun şikayəti icraata qəbul edilib. Eldəniz Quliyev isə təqsirləndirilən şəxs qismində məhkəməyə cəlb olunub.

Məhkəmə xüsusi ittihamçı Ramil Usubovun nümayəndəsi və vəkili qismində Əlirza Həbilovun, təqsirləndirilən Eldəniz Quliyevin vəkili kimi isə Elçin Sadıqovun  prosesə buraxılması barədə də qərar qəbul edib.

İclasda Eldəniz Quliyevə Cinayət Prosesssual Məcəlləsinin 91-ci maddəsi üzrə hüquq və vəzifələri elan edilib.

Məhkəmə baxış iclası sentyabrın 8-i saat 11:00-a təyin olunub.

R.Usubovun məhkəməyə müraciət etməsinə səbəb E.Quliyevin avqustun 20-də KİV-ə verdiyi müsahibədə polisin ünvanına böhtan və təhqiredici fikirlər sələndirməsidir.

CM-nin 147 və 148-ci maddələri 6 ay müddətində azadlıqdan mərhumetmə cəzası nəzərdə tutur.

Ana səhifəXəbərlərEldəniz Quliyev təqsirləndirilən şəxs qismində məhkəməyə cəlb olunub