Anar Bağırov və Elçin Sadıqov

Mənbə: Foto: Meydan tv

Başlıq: Anar Bağırov və Elçin Sadıqov

Elçin Sadıqovla bağlı intizam icraatına xitam verilib

Kollegiya vəkilin fərdi fəaliyyətinin davam etdirilməsi barədə müraciətini təmin edib

Vəkillər Kollegiyasının Rəyasət Heyəti yanvarın 15-də Baş Prokurorun birinci müavini Rüstəm Usubovun vəkil Elçin Sadıqovla bağlı müraciəti əsasında başladığı intizam icraatına xitam verib.

Məlumatı vəkil Elçin Sadıqov “Facebook” səhifəsində paylaşıb.

Vəkil yazıb ki, kollegiya onun fərdi fəaliyyətinin davam etdirilməsi barədə müraciətini təmin edib:

“Əlavə olaraq bildirildi ki, “Vəkilliyin 100 illiyi” medalına layiq görülmüşəm. Hər üç qərara görə başda Vəkillər Kollegiyasının sədri cənab Anar Bağırov olmaqla Rəyasət Heyətinin bütün üzvlərinə öz dərin təşəkkürümü bildirirəm”.

Baş Prokurorun birinci müavini Rustam Usubov noyabrın 14-də vəkil Elçin Sadıqovun “Facebook” səhifəsində hüquq müdafiəçisi Oqtay Gülalıyevin maşınla qəsdən vurulduğu haqqında statusuna görə ondan VK-na şikayət etmişdi.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/t2fv4o

Ən çox baxılan