Ekspert: Rusiya miqrantlardan təzyiq vasitəsi kimi istifadə edir

“Belə vəziyyətdə Rusiya niyə özünə problem yaratsın?”

Source: Specify Source


"Miqrantların dönüşü istənilən halda ölkələrində sosial gərginlik yaradacaq"

Rusiya Daxili İşlər Nazirliyi keçmiş sovet ölkələrindən olan 1 milyondan çox qanunsuz immiqrantın ölkəsindən çıxmalarını tələb

edib

.

Bu barədə Parlamentlərarası Assambleyanın iclasında Rusiya daxili işlər nazirinin müavini Alexander Gorovoy danışıb.

O bildirib ki, miqrantlara iyunun 15-dək vaxt verib.

DİN rəsmisi deyib ki, Rusiyaya ən çox qanunsuz immiqrant Özbəkistandan gəlib və onların sayı 332 mindən çoxdur: "İkinci yerdə Tacikistan durur: 247.000 nəfər. Eyni zamanda, Rusiyada hazırda Ukraynadan 152.000, Azərbaycandan 120.000, Qırğızıstandan 115.000, Ermənistandan 61.000, Moldovadan 56.000, Qazaxıstandan 49.000 nəfərdən çox qeyri-qanuni miqrant var”.

Gorovoy bildirib ki, əgər özləri çıxmasalar onları məcburi çıxaracaq və Rusiyaya bir daha gəlmələrini əngəlləyəcəklər.

Ötən həftə Rusiya Prezidentinin mətbuat katibi

Dmitri Peskov

Rusiyada koronavirus pandemiyası səbəbindən əmək miqrantlarının sayının əhəmiyyətli dərəcədə azaldığını, bunun genişmiqyaslı layihələrin həyata keçirilməsi üçün yetərli olmadığını söyləmişdi: “Son bir ildə ölkədə çox az miqrant qalıb”.

İqtisadçı Samir Əliyev deyir ki, Rusiya hökuməti miqrantlardan təzyiq vasitəsi kimi istifadə edir və bu, ilk hal deyil: “Dövrü olaraq Rusiya rəsmiləri oxşar açıqlamalar verib. Hər il milyardlarla dollar həcmində vəsait miqrantlar vasitəsilə Rusiyadan çıxarılır və bunda qanunsuz hesab edilənlərin də payı var. Məsələn, 2020-ci ildə MDB ölkələrinə gedən pulun həcmi 11 milyard dollardan çox olub. Bu vəsaitin əsas hissəsi Qırğızıstan ($2 milyard), Tacikistan ($1,9 milyard) və Özbəkistanın ($3,9 milyard) payına düşüb. Remittansların həcminə baxanda belə qərarda daha çox Orta Asiya ölkələrinin zərər çəkəcəkləri görünür”.

İqtisadçı bildirib ki, bu addımın ildə təkcə 800 milyon dollardan çox vəsait göndərilən və 152 min qanunsuz miqrantın olduğu bildirilən Ukraynaya görə edildiyini söyləmək inandırıcı gəlmir: “Böyük ehtimalla bu addım Ukrayna ilə yanaşı digər ölkələrə, o cümlədən Azərbaycan və Ermənistana hədəflənib. Ötən il Rusiyadan Azərbaycana 863,2 milyon dollar, Ermənistana isə 800 milyon dollara yaxın pul köçürülüb. Bir neçə həftə əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov miqrantların ölkə iqtisadiyyatı üçün vacibliyini qeyd etmişdi. İndi isə əks bir fikir açıqlanır. Miqrantların dönüşü istənilən halda ölkələrində sosial gərginlik yaradacaq. Belə baxanda Rusiyanın özü üçün də fəsadsız ötüşməyəcək. Ucuz və hərtərəfli işçi qüvvəsi ölkə iqtisadiyyatına əhəmiyyətli paya malikdir”.

Samir Əliyevin dediyinə görə, Rusiya əhalisinin azalma tempi məhz miqrantlar hesabına ləngiyir: "Belə vəziyyətdə Rusiya niyə özünə problem yaratsın?"

İqtisadçı düşünür ki, yəqin, bu addımla Rusiya bəzi ölkələri cəzalandırmaq istəyir: “Məsələn, Ukraynanı Krm və Donbas hadisələrinə, Ermənistanı Rusiyadan üz döndərməkdən çəkindirməyə, Azərbaycanın isə Avrasiya İqtisadi Birliyinə qoşulmadığına görə cəzalandıra bilərlər”.

Rusiya Daxili İşlər Nazirliyinin açıqladığı ən son məlumata görə, 2020-ci il koronavirus pandemiyası səbəbindən bu ölkədəki miqrant sayı təxminən iki dəfə azalıb.

Normalda 9-11 milyon arasında olan miqrant sayı indi 6,3 milyona enib.

Noyabrın 1-dək 1,3 milyon əcnəbinin Rusiyada işləmə icazəsi var (bir il əvvəl rəqəm 1,7 milyon olub). Eyni zamanda, 1 milyon miqrantın isə müvəqqəti yaşama icazəsi var.

2020-ci ilin iyununda Rusiyanın Əmək və Sosial Müdafiə Nazirliyi 2021-ci ildə Rusiyada iş vizası ilə işləyən əcnəbilər üçün kvotanın 104.993 nəfərə endirilməsini təklif

etmişdi

. Eyni zamanda, miqrantların bazar və dükanların xaricində alver etməsinə qadağa qoyulması təklif edilirdi.

Ana səhifəSiyasətEkspert: Rusiya miqrantlardan təzyiq vasitəsi kimi istifadə edir