
Mənbə: foto: qafqazinfo.az
Başlıq: 295 saylı tam orta məktəbin direktoru Dilarə Cəbrayılova
Ekspert: Deputatın eyni zamanda məktəb direktoru olması qanun pozuntusudur
“Direktor, vəzifəsinin icrasından başqa yalnız dərs deyə bilər”
Sabunçu rayonunda 295 saylı tam orta məktəbin direktoru Dilarə Cəbrayılova deputat olmaqla bərabər Dillər Universitetində də dərs deyir. Yerli mediaya müsahibəsində Dilarə Cəbrayılova üç yerdə çalışmasının ona problem yaratmadığını və işlərinin öhdəsindən gəldiyini deyib.
Bununla belə ona inzibati vəzifə daşıdığı halda deputat olmasının qanunlara və Konstitusiyaya zidd olduğunu xatırlatmayıblar.
Bu barədə Təhsil üzrə ekspert Kamran Əsədov Meydan TV-ə deputat Dilarə Cəbrayılova ilə bağlı sualı cavablandırarkən deyib.
O qeyd edib ki, “Təhsil haqqında”, “Milli Məclisin deputatı haqqında”, “Orta ümumtəhsil haqqında” qanunlarının tələblərinə, təhsil işçilərinin vahid sorğu cədvəlinə, orta ümumtəhsil məktəblərinin nizamnaməsinə görə məktəb direktoru deputat ola bilməz. K.Əsədov deyib ki, direktor, öz vəzifə səlahiyyətlərindən başqa yalnız dərs deyə bilər.
Əksər məktəb direktorlarının həm də məntəqə seçki komissiyalarının sədr olmasını Meydan TV-nin xatırlatmasına Kamran Əsədovun reaksiyası belə olub:

Kamran Əsədov
Mənbə: meydan.tv
“Əgər məktəb direktoru məntəqə seçki komissiyasının sədri olursa, vəzifə səlahiyyətlərini itirir. Bu, o deməkdir ki, seçkili və başqa təyinatlı vəzifə tuta bilməz. Eyi zamanda, Azərbaycan Konstitusiyasının qanunverici hakimiyyət hissəsində qeyd olunub ki, Milli Məclisin deputatı başqa vəzifədə ola bilməz. Nəzərə almaq lazımdır ki, direktor təyinatlı vəzifədir. Əgər həmin şəxs həm də qanunverici orqandadırsa, birini seçməlidir”.
Eskpert hesab edir ki, Dilarə Cəbrayılovanın direktoru olduğu məktəbin yerləşdiyi ərazi strateji və narahat olduğundan bu məsələyə toxunulmur.
“Görünür, onun nüfuzlu olması direktor və deputat fəaliyyətinə maneə yaratmır. Amma bu, qanunvericiliyə ziddir. Mən demirəm ki, qanunvericiliyə zidd olmasına göz yumulmalıdır, ancaq anlayışla qarşılamaq olar”.
Buradaykən …
Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.
Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.
BIZƏ DƏSTƏK OLUNƏn çox baxılan
-
Martın 3-də Azərbaycan Xalq Hərəkatının (AXH) rəhbər üzvlərini Masallı rayonunun girişində saxlayıblar
3 Mart 2019 -
Şahid səsyazısında başına gələnləri etiraf edib
27 Fevral 2019 -
Xalidə Bayramova uşağı danışdıraraq dediklərini görüntüləməyə çalışıb
11 Aprel 2019 -
"Bunun adı repressiyadır"
28 Fevral 2019