Əfsanəvi rəssam Frida Kalonun əsərləri Bakı metrosunda sərgilənəcək

Frida Kalo ilə Dieqo Riveranın əsərləri ilə yanaşı, şəxsi həyatları da hər zaman maraq doğurub.

Source: Foto: arxiv


Sərgi 6 ay davam edəcək

Dünya şöhrətli meksikalı rəssamlar Frida Kalo və həyat yoldaşı Dieqo Riveranın Bakıda 90-dan çox əsərinin sərgisi keçiriləcək.

“Yolun yarısında bir təbəssüm” adlı sərginin açılış mərasimi noyabrın 7-də saat 11:00-da “Gənclik” metrostansiyasında olacaq. Tədbir dünyada məşhur Meksika milli musiqisi “Mariaçi” ilə müşayiət ediləcək.

Sərgi Meksikanın Azərbaycan səfirliyinin təşəbbüsü ilə Meksika həftəsi çərçivəsində reallaşır.

Bu tədbir 2002-ci ildə Dieqo Rivera və Frida Kalonun ev muzeylərində keçirilən sərgidən sonra ilk dəfə Bakıda nümayiş etdiriləcək və altı ay davam edəcək.

Frida Kalo ilə Dieqo Riveranın əsərləri ilə yanaşı, şəxsi həyatları da hər zaman maraq doğurub.

Frida rəssamlığa uşaq yaşlarında keçirdiyi avtobus qəzasından sonra başlayıb. Rəssamlıqla yanaşı, siyasi aktivist kimi də fəaliyyət göstərən Kalo 1929-cu ildə əqidə yoldaşı kommunist rəssam Dieqo Rivera ilə evlənib.

Keşməkeşli həyat yaşayan rəssamın ölümündən sonra haqqında 1983-cü ildə yazıçı Hayden Herrera “Frida Kalonun avtobioqrafiyası” adlı kitabını yazıb. 2002-ci ildə isə ekranlara rejossor Culi Teymorun çəkdiyi “Frida” adlı bədii film çıxıb.

Filmdə Frida obrazını məşhur ispan əsilli aktrisa Salma Hayek canlandırıb.

Həyat yoldaşı Dieqonun daimi xəyanətinə məruz qalan Frida da ona eyni cavabı verib. Kişi məşhurlarla yanaşı, qadınlarla da isti münasibətləri olan Fridanın adı ən çox aktrisa Mariya Feliks və Dolaris del Rio ilə hallanıb. Onun sevgililəri arasında Lev Trotski də olub.

Ana səhifəMədəniyyətƏfsanəvi rəssam Frida Kalonun əsərləri Bakı metrosunda sərgilənəcək