Mənbə: google

Əfqanıstanda doğum evinə hücum olub, yeni doğulmuş körpələr öldürülüb

Hadisə zamanı 15 nəfər yaralanıb

Mayın 12-də silahlı qrup Kabildə doğum evinə hücum edib. “Guardian” və RFL/RE xəbər verir ki, bununla yanaşı ölkənin şərqində yerləşən Nangarhar əyralanıbalətində baş tutan cənazə mərasimində partlama baş verib və nəticədə bir neçə nəfər həyatını itirib.

Üç silahlı şəxs Kabilin qərbində əsasən Şiə bölgəsi olan Daşt-e Barçı məhəlləsində dövlət xəstəxanasına hücub edib. Əfqanıstan təhlükəsizlik qüvvələri ilə bir saat davam edən silahlı döyüşdə ikisi yeni doğulmuş körpə olmaqla 14 nəfər öldürülüb. Hadisə zamanı 15 nəfər yaralanıb - Əfqanıstanın Daxili İşlər Naziri deyib.

Təhlükəsizlik qüvvələri hər üç silahlını öldürüb. Xəstəxanadan 80 qadın və körpə tərxis edilib. Şahid Cavad Amiri Azadlıq Radiosuna deyib ki, hücum edənlərdən biri hərbi formada, digər iki nəfər isə həkim xalatında olub.

“Onlar əsas girişə gələrək ətrafdakı insanlara atəş açdılar. Çox sayda günahsız insanı öldürdülər,”- o deyib.

Əfqanıstan rəsmiləri xəstəxanadakı işlərin Nobel mükafatına layiq görülmüş beynəlxalq qeyri-hökumət xeyriyyəçi təşkilatı Sərhədsiz Həkimlər (MSF) tərəfindən dəstəkləndiyini deyib.

Hücuma görə məsuliyyəti heç bir qruplaşma üstlənməyib.

Həm Taliban, həm də İslam Dövləti (İŞİD) ekstremist qruplaşması Kabil və ətrafındakı bölgələrdə aktivdir. Hər ikisi də tez-tez əfqan təhlükəsizlik qüvvələrini və mülki şəxsləri hədəf alır.

Lakin mayın 12-də Azadlıq Radiosuna göndərilən mesajda Taliban nümayəndəsi Zabihullah Mujahid yaraqlı qrupun xəstəxanaya hücumunda iştirak etmədiyini deyib.

İŞİD sadəcə Kabilin qərb hissəsində şiə müsəlmanlarına qarşı təşkil edilmiş çoxsaylı hücumlara görə məsuliyyəti öz üzərinə götürüb.

Eyni zamanda Nangarhar əyalətinin Kheva bölgəsində olan cənazəyə edilmiş hücumda 24 adamın öldürülüb və 68-dən çox insanın yaralanıb, əyalət sözcüsü Attahullah Xogyani deyib.

Əfqanıstan Daxili İşlər Nazirliyi mayın 11-də Əfqanıstan təhlükəsizlik qüvvələrinin Əfqanıstan paytaxtının şimal tərəfində keçirdiyi əməliyyat zamanı İŞİD-in Cənubi Asiya üzrə regional lideri Əbu Ömər Xorasanini həbs etdiyini bildirib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/jyqc8u

Ən çox baxılan