Mənbə: Meydan TV

Ədliyyə Nazirliyi qarşısında aksiya

Ədliyyə Nazirliyi qarşısında aksiya

İstehsalatını dayandıran “Qaramanlı” şirkətinin işçiləri Ədliyyə Nazirliyi qarşısında aksiya keçirib. Məhkəmələrin ədalətsiz qərar verdiyini deyən işçilər nazir Fikrət Məmmədovla görüş istəyib. Şirkət 2006-cı ildən 2016-ya kimi “Access Bank”la əməkdaşlıq edib. Firma rəhbərliyi deyir ki, 2014-ci ildə kreditlər bağlanandan sonra məlum olub ki, şirkət tərəfindən banka külli-miqdarda əlavə ödənişlər olub. Lakin bu məbləği heç bir vəchlə geri ala bilməyiblər. Nazirlə görüşmək ümidilə binaya daxil olan vətəndaşlar dilxor halda çıxıblar. İddialarla bağlı Acses Bankla əlaqə saxlamağa çalışsaq da, bankın əməkdaşı cavab verə bilməyəcəklərini deyib. İstehsalatını dayandıran firmanın işsiz qalan əməkdaşları növbəti mərhələdə aclıq aksiyasına başlayacaqlarını bildiriblər.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/r67j1m

Ən çox baxılan