“Ecofront”: Təkcə Cəlilabad meşəbəyliyində 225 qanunsuz kəşilmiş ağac aşkarlanıb

“Bizim səlahiyyətimizdə olmadığı üçün araşdırıb, tədbir görə də bilmərik.

Source: Specify Source

Sakinlər də meşə ərazisində ağacların kəsilməsindən narahatdır

Masallı və Cəlilabad rayonlarının meşə ərazilərində ağaclar kəsilir, meşə torpağı daşınır.

Sakinlər bildirirlər ki, torpağı daşınmış 1 hektardan çox ərazi var və həmin ərazilərə dəymiş ziyan yüz minlərlə manat civarındadır. Ərazilər ağır tonajı texnikanın dəstəyi ilə qazılıb. Dərin qazıldığı üçün yerindən su da çıxıb:

“Torpaqları daşıyıb kərpic zavodlarına aparırlar. Yəni satırlar. Meşə torpaqlarının satılmasının arxasında Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları durur. Keçmişdə buna görə məhkumluğu da olub yenə eyni yerdə çalışır. Tonlarla zavodlara torpaq daşınır. Dəyən ziyan hesablanmalıdır, etmirlər”, – Cəlilabad rayonunun Soyuqbulaq kəndinin sakini Mirxas Sadıqov belə deyir.

241784467_4315756908473141_5392328660385445510_n.jpg
Sakinlər bildirirlər ki, torpağı daşınmış 1 hektardan çox ərazi var

M. Sadıqov bildirir ki, hər iki rayonun ərazisində olan meşə sahələrinin hamısı bu durumdadır:

“Ağaclar kəsilir, torpaq qazılır, daşınır. Bu ərazilərə nəzarət edən Masallı Regional Meşə Təsərrüfatı Mərkəzi nəyə baxır? Yaxud Ekologiya və Təbii Sərvətlər Nazirliyi niyə müdaxilə etmir?”

Ekoloji məlumatlar paylaşan “Facebook” səhifəsi “Ecofront” Masallı və Cəlilabad meşələri ilə bağlı yaydığı məlumatda bildirir ki, Masallı RMTM-nin təkcə Cəlilabad meşəbəyliyində 225 qanunsuz kəşilmiş ağac aşkarlanıb:

“Belə demək olar ki, Cəlilabad meşəbəyliyinin yiyəsi yoxdur. İstəyən meşədən ağac kəsib apara bilir. Bunlar Azat, Dəmirağac, Şabalıdyarpaq palıd ağaclarıdır. Azat ağacının adı “Qırmızı kitab”da da var. Dəyərli meşəlik ərazilərimiz hansısa ekologiya sahəsindən anlayışı olmayan məmurların qazanc mənbəyinə çevrilib”.

241886489_4318955544819944_4626491108191667450_n.jpg
“Bu ərazilərə nəzarət edən Masallı Regional Meşə Təsərrüfatı Mərkəzi nəyə baxır?”

Mirxas Sadıqov deyir ki, kəsilən ağacların hamısı irigövdəlidir və çoxu qəsdən zədələnib, qurumağa tərk edilib.

Masallı Rayon İcra Hakimiyyətindən bildirilib ki, bu məsələlər onların səlahiyyətinə daxil deyil:

“Bizim səlahiyyətimizdə olmadığı üçün araşdırıb, tədbir görə də bilmərik. Ümumiyyətlə, belə bir problemin olduğundan da xəbərsizik”.

Masallı Regional Meşə Təsəssüfatı Mərkəzindən isə bildirib ki, deyilənlər yalandır:

“Bir neçə nəfər var, sırf bizim işimizə kölgə salmaqdır məqsədləri. Bütün günü yalan məlumatlar yayırlar”.

241681898_4318955671486598_8781313620322064383_n.jpg
“Dəyərli meşəlik ərazilərimiz hansısa ekologiya sahəsindən anlayışı olmayan məmurların qazanc mənbəyinə çevrilib”.
Ana səhifəBölgə“Ecofront”: Təkcə Cəlilabad meşəbəyliyində 225 qanunsuz kəşilmiş ağac aşkarlanıb