Əbülfəs Qarayev vəzifəsindən azad edildi

O, 2018-ci ildə Mədəniyyət naziri təyin edilib.

Source: Meydan TV

Prezident İlham Əliyev mayın 21-də Əbülfəs Qarayevin mədəniyyət naziri vəzifəsindən azad olunması haqqında

sərəncam

imzalayıb.

Dövlət Təhlükəsizliyi Xidməti mayın 8-də Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyat nəticəsində nazirin müavini Rafiq Bayramov və Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov həbs olunublar.

Rafiq Bayramov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, vəzifə saxtakarlığı, Zakir Sultanov isə vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və mənimsəmə faktlarına görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndiriliblər.

1956-cı ildə Bakı şəhərində doğulan Əbülfəs Qarayev 1994-2001-ci illərdə Gənclər və İdman naziri, 2001-2006-cı illərdə Gənclər, İdman və Turizm naziri, 2006-2018-ci illərdə Mədəniyyət və Turizm naziri vəzifələrində çalışıb.

O, 2018-ci ildə Mədəniyyət naziri təyin edilib.

Ana səhifəMədəniyyətƏbülfəs Qarayev vəzifəsindən azad edildi