DYP maşınını çəkiclə sındıran şəxs 9 il iş aldı

Şahin Bəylərov narkotik ittihamını saxta adlandırır

Source:
Шахин Бейляров
Шахин Бейляров


Şahin Bəylərov narkotik ittihamını saxta adlandırır

Yanvarın 25-də Bakı Ağır Cinayətlər Məhkəməsində polis əməkdaşlarının avtomobilini çəkiclə əzən Şahin Bəylərovun məhkəməsi yekunlaşıb.

Meydan TV-nin məlumatına görə, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəməin hökmü ilə Ş.Bəylərov 9 il müddətinə azadlıqdan məhrum edilib.

Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, 18 fevral 2016-cı ildə Nərimanov rayonunun G.Qədirbəyova küçəsində əvvəllər məhkum edilmiş Ş.Bəylərov həmin ərazidə xidmət aparan “BMW” markalı “99-YP-423” dövlət qeydiyyat nişanlı YPX avtomobilinin alın şüşəsini, yan güzgülərini, mayak sistemini, yük və dam hissəsini, ön və arxa faralarını çəkiclə sındırıb. Daha sonra Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılan şəxsin sərxoş halda olması müəyyən edilib. Ondan 302,477 qram heroin götürülüb.

O, Cinayət Məcəlləsinin 186.1-ci (özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) və 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunub.

Ş. Bəylərov narkotik ittihamını saxta adlandırır. İfadəsində polis əməkdaşları onu söyüb təhqir etdiklərinə görə maşını əzdiyini deyib.

Ana səhifəXəbərlərDYP maşınını çəkiclə sındıran şəxs 9 il iş aldı