Dünyada koronavirusa yoluxma halları artır

Hökumətin bu addımı səyahətçiləri və səyahət şirkətlərini qəzəbləndirib.

Source: Foto: Turan İA


Avropada da yoluxma saylarında artım müşahidə edilir

Dünyada koronavirusa yoluxmaların sayı 17 milyonu keçib, xəstəlikdən ölənlərin sayı isə 667 mindən yuxarıdır. Görülən bütün tədbirlərə baxmayaraq, dünyanın müxtəlif ölkələrində yoluxmaların sayı artmaqdadır, – “Deutsche Welle Türkçə” xəbər verir.

Koronavirus böhranının yeddinci ayı bitməsinə baxmayaraq, dünyanın müxtəlif ölkələrində qeydə alınan koronavirus yoluxmalarının sayında artım müşahidə olunur.

Johns Hopkins Universitetinin verdiyi məlumata görə, ABŞ, Braziliya, Hindistan, Rusiya və Cənubi Afrika müvafiq olaraq siyahıda ilk beşlikdədir. Ölənlərin sayına görə ABŞ, Braziliya, Böyük Britaniya, Meksika və İtaliya da siyahının başında gəlir.

“Deutsche Welle Türkçə” deyir ki, dünyada koronavirusa yoluxanların 40 faizi ABŞ-da qeydə alınıb. Bu nisbət təxminən 4 milyon 426 min adamı əhatə edir.

Braziliyada isə qeyd edilən günlük yoluxma hadisəsi ABŞ-dakından daha yüksəkdir. Təkcə çərşənbə günü ölkədə 69 mindən çox yoluxma hadisəsi qeydə alınıb. Bu, indiyə qədər qeydə alınan ən yüksək gündəlik rəqəmdir.

Avropada da yoluxma saylarında artım müşahidə edilir. Fransa və Almaniyada da yeni yoluxma hallarının artdığı qeyd edilir, – BBC xəbər verir.

İngiltərədə İspaniyadan gələnlərə 14 gün ərzində özünü təcrid etmə tələbi qüvvəyə minib. Hökumətin bu addımı səyahətçiləri və səyahət şirkətlərini qəzəbləndirib.

Hava yolları sənayesi bunu turizm sahəsinə böyük zərbə adlandırıb. İngiltərənin ən böyük tur operatoru “Tui 9” avqusta qədər bütün materik ispan tətillərini ləğv edib. “British Airways” hələ də uçuşlar həyata keçirir, lakin bu, hökumətin addımının “minlərlə britaniyalıların səyahət planlarını xaosa atmasıdır”,- hava yolları deyib.

Johns Hopkins Universitetinin araşdırmasına görə İspaniyada 272 mindən çox təsdiqlənmiş COVİD 19, eləcə də 28.400 ölüm hadisəsi qeydə alınıb və virusdan ən çox təsirlənən Avropa ölkələrindən biri siyahısına əlavə edilib.

Eyni vəziyyət Hindistana da aiddir. Humanitar təşkilatlar indiyə qədər Hindistanda qeydə alınan 1 milyon yarımdan çox yoluxmanın qeyri-real olduğunu və bu sayın daha çox ola biləcəyini deyiblər. Yalnız cümə axşamının ilk saatlarında 50 mindən çox yeni hadisə qeydə alınıb. Bu, ölkədə gündəlik yoluxma sayına görə rekord göstəricidir.

Son günlərdə yoluxmanın artdığı ölkələr siyahısında Yaponiya və İsrail də var.

Ana səhifəDünyaDünyada koronavirusa yoluxma halları artır