Mənbə: google

Dunya Miyatoviç Tofiq Yaqublunun dərhal azad olunmasını tələb edir

“Azərbaycan hakimiyyəti ittihamları ləğv etməli, onun dərhal azad edilməsini təmin etməlidir”

Avropa Şurasının İnsan hüquqları üzrə komissarı Dunya Miyatoviç Müsavat Partiyasınınvə Milli Şuranın üzvü Tofiq Yaqublunun dərhal azad edilməsini tələb edir.

“Tofiq Yaqublunun şübhəli ittihamlarla saxlanılması və həbsi hökumət tənqidçilərinin təqib etməsinin davamının daha bir nümunəsidir.

Azərbaycan hakimiyyəti ittihamları ləğv etməli, onun dərhal azad edilməsini təmin etməli və sağlamlığının təhlükə altına qalmaması üçün tədbirlər görməlidir "- deyə o, “Twitter”dəki səhifəsində yazıb.

Martın 22-də Tofiq Yaqubluya qarşı Cinayət Məcəlləsinin 221.3-cü (silah qismində istifadə olunan əşya vasitəsilə zərəçəkmiş şəxsə zor tətbiq etmək, xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb. Martın 23-də Nizami Rayon Məhkəməsinin qərarı ilə barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib.

Rəsmi ittihama görə, martın 22-də günorta saat 15 radələrində paytaxtın Nizami rayon ərazisində Yaqublu Tofiq Rəşid oğlunun idarə etdiyi “Toyota Corolla” markalı avtomobil Cəbrayılov Elxan Səttar oğlunun idarə etdiyi “VAZ-2107” markalı avtomobillə toqquşub. Tərəflər arasında mübahisə yaranıb, Tofiq Yaqiblu Elxan Cəbrayılovu və onun sərnişini olan həyat yoldaşı Cəvahir Cəbrayılovanı yumruq və vintaçanla vuraraq onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Tofiq Yaqublu isə hadisə baş verən zaman öz “Facebook” hesabında maşınını park etdikdən sonra təxribatla üzləşdiyini deyib.

Həyat yoldaşı Maya Yaqublu isə bu ittihamları qəbul etmir və Tofiq Yaqublunun siyasi fəaliyyətinə görə həbs olunduğunu deyir.

Tofiq Yaqublu həm Müsavat Partiyasının, həm də Milli Şuranın Koordinasiya Mərkəzinin üzvüdür. O, icra hakimiyyətinin şəhərin mərkəzində mitinq keçirməyə icazə vermədiyinə görə 19 oktyabr aksiyasında iştirak etmişdi. Həmin vaxt saxlanılıb, Nəsimi rayon Polis İdarəsində işgəncəyə məruz qalmışdı. Bundan sonra sağlamlığında problemlər yaranmış və əməliyyat olunmuşdu. Qızı Nigar Yaqublu bildirir ki, COVİD-19 virusuna görə elan olunan fövqəladə vəziyyət səbəbilə ona dərmanlarını da verə bilmirlər.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/i17kxe

Ən çox baxılan