Dünya əhalisinin 25 faizi tam peyvəndlənib

Aşağı gəlirli ölkələrdə yaşayan insanların yalnız 1,4 faizi ən az bir doza alıb

Source: Meydan TV


Aşağı gəlirli ölkələrdə yaşayan insanların yalnız 1,4 faizi ən az bir doza alıb

Dünya əhalisinin 24,5 faizi tam peyvəndlənib, 32,5 faizi (üçdə biri) isə ən az bir doza COVID-19 vaksini alıb.

“Our World Data” portalı avqustun 23-də statistikanı açıqlayıb https://ourworldindata.org/covid-vaccinations.

Statistikaya görə, 4.97 milyard doza vurulub və hər gün 34.88 milyon doz tətbiq olunur.

Aşağı gəlirli ölkələrdə yaşayan insanların yalnız 1,4 faizi ən az bir doza alıb. Vaksin ehtiyatı əsasən yüksək və orta gəlirli ölkələrdə yığılıb.

Ekspertlərin fikrincə, ölkə əhalisinin ən azı 80 faizi vaksin olunmalıdır. COVID-19 əleyhinə tam peyvənd edilmiş insanların payına görə hazırda 1-ci yerdə Portuqaliyadır. Burada əhalinin 81 faizi peyvənd olunub. Türkiyədə 54,47 faiz, Rusiyada 28,98 faiz peyvəndlənmə olub.

Son rəsmi

açıqlamaya

görə, Azərbaycanda bu günədək 6 milyon doza vaksin istifadə edilib. Bu o deməkdir ki, əhalinin 24 faizi tam vaksin olunub.

Ana səhifəDünyaDünya əhalisinin 25 faizi tam peyvəndlənib