DTX sosial şəbəkə istifadəçilərinə və mediaya xəbərdarlıq etdi

Dövlət Təhlükəsizliyi Xidməti bəyan edir ki, bu cür dəqiqləşdirilməmiş və qərəzli məlumatların, mülahizələrin və paylaşımların heç bir əsası yoxdur:

Source:


“Yoxlanılmamış və qərəzli məlumatlar yayan şəxslər haqqında qanunvericiliyə uyğun olaraq ən sərt tədbirlər görüləcək”

Dövlət Təhlükəsizlik Xidməti (DTX) mediada və sosial şəbəkələrdə dəqiqləşdirilməmiş və qərəzli məlumat yayanlara xəbərdarlıq edib.

Bu barədə DTX-nin yaydığı açıqlamada bildirilib ki, Azərbaycan ordusunun döyüş potensialının zəiflədilməsinə yönələn, habelə ərazi itkiləri və insan tələfatı barədə yoxlanılmamış və qərəzli məlumatlar yayan şəxslər haqqında qanunvericiliyə uyğun olaraq ən sərt tədbirlər görüləcək:

“Rəsmi məlumatlar verilməsinə baxmayaraq, Azərbaycanın müdafiə qabiliyyətinə xələl gətirmək, əhali arasında çaşqınlıq və inamsızlıq yaratmaq üçün ayrı-ayrı sosial şəbəkələrdə və media səhifələrində məqsədyönlü şəkildə hadisələrin mahiyyəti barədə aşkar surətdə yalan və qərəzli, o cümlədən guya ərazilərimizin bir hissəsinin düşmən tərəfindən tutulması, itkilərimizin sayının gizlədilməsi, hərbi mövqelərimizin və texnikanın ələ keçirilməsinə dair xəbərlər yayılmaqdadır”.

Dövlət Təhlükəsizliyi Xidməti bəyan edir ki, bu cür dəqiqləşdirilməmiş və qərəzli məlumatların, mülahizələrin və paylaşımların heç bir əsası yoxdur:

“Azərbaycan xalqı bilməlidir ki, Silahlı Qüvvələrimiz düşmənin hücumlarının qarşısını qətiyyətlə almağa daim hazırdır. Ölkə rəhbərliyi tərəfindən bu istiqamətdə ən zəruri tədbirlər görülməkdədir. Cəbhə xəttində yaranmış gərgin vəziyyətdə vətəndaşlarımızın soyuqqanlı olmasını, heç bir təxribata uymamasını və dövlətçilik mövqeyindən çıxış etməsini olduqca zəruri hesab edirik”.

İyulun 12-dən Azərbaycanın Ermənistanla dövlət sərhədinin Tovuz rayonu istiqamətində atəşkəs pozulub, döyüşlər gedir.

Son rəsmi məlumata görə, döyüşlər nəticəsində Azərbaycanın 11 hərbçisi, o cümlədən general-mayor Polad Həşimov həlak olub. Azərbaycanın Müdafiə Nazirliyi Ermənistan ordusunun 100-dən çox canlı qüvvə itirdiyini deyib və qeyd edib ki, Ermənistan tərəfi itkilərin sayını gizlədir. İyulun 14-də Ermənistan Müdafiə Nazirliyi 4 zabitinin öldürüldüyünü bildirib.

Ana səhifəSiyasətDTX sosial şəbəkə istifadəçilərinə və mediaya xəbərdarlıq etdi