Mənbə: google

DTX-nın növbəti əməliyyat hədəfi XİN oldu

“Xarici İşlər Nazirliyində qanunazidd əməllər aşkar edilib”

Dövlət Təhlükəsizliyi Xidməti Xarici İşlər Nazirliyində əməliyyat aparması barədə məlumat yayıb.

Məlumata əsasən, istintaq-əməliyyat tədbirləri nazirliyin bəzi vəzifəli şəxslərinin öz səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı qanunazidd əməllərə yol vermələri ilə bağlı daxil olan məlumatlar əsasında keçirilir.

“Aparılan araşdırmalar, cinayət törətməkdə şübhəli bilinən şəxslər və törədilmiş cinayət əməlləri barədə ictimaiyyətə əlavə məlumat veriləcək”, - DTX bildirib.

2019-cu ilin dekabr ayından başlayaraq DTX dövlət strukturlarında korrupsiya əleyhinə əməliyyatlar keçirir. Bir neçə rayonun icra başçıları və digər vəzifəli şəxsləri, Mədəniyyət Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin vəzifəli şəxsləri aparılan əməliyyatlar nəticəsində həbs ediliblər.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/p6dirc

Ən çox baxılan