DTX həbs etdiyi XİN əməkdaşlarının adlarını açıqlayıb

Əməliyyata əsas kimi adları çəkilən şəxslər tərəfindən çoxsaylı qanunsuz əməllərə yol vermələri barədə əsaslı şübhələrin müəyyən edildiyi göstərilib

Source: Specify Source


“Saxlanılanlar dövlət vəsaitini mənimsəməkdə, rüşvət almaqda təqsirləndirilirlər”

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) iyulun 3-də Xarici İşlər Nazirliyində (XİN) apardığı əməliyyatın təfərrüatları barədə

məlumat

yayıb.

Məlumata əsasən, əməliyyat nəticəsində nazirliyin İşlər idarəsinin müdiri, Tender Komissiyasının sədri Fərhad Mollazadə, İşlər idarəsinin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadə və Konsulluq idarəsinin Konsulluq-hüquq şöbəsinin rəisi Nurupaşa Abdullayev şübhəli şəxs qismində saxlanılıblar və məhkəmə onların barəsində həbs qətimkan tədbiri seçib.

Əməliyyata əsas kimi adları çəkilən şəxslər tərəfindən çoxsaylı qanunsuz əməllərə yol vermələri barədə əsaslı şübhələrin müəyyən edildiyi göstərilib:

“Məhkəmənin qərarları əsasında Fərhad Mollazadənin, Səlim Əlizadənin, Nurupaşa Abdullayevin xidməti və yaşadıqları ünvanlara , habelə dövlət vəsaitlərinin əmtəəsiz əməliyyatlarla mənimsənilməsi üçün yaradılmış hüquqi şəxslərə dair sənədlərin və işlərin görülməsi üçün vəsait ayrılması müqabilində rüşvət ödənildiyi barədə sənədlərin olduğu yerlərə baxış keçirilib. Həmin ünvanlardan XİN-in vəzifəli şəxslərinə qaytarılmış nağd pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, pul vəsaitləri və iş üzrə əhəmiyyət kəsb edən digər dəlillər aşkar edilərək götürülüb”, – məlumatda deyilir.

Bundan başqa, DTX-nın apardığı araşdırmalarla XİN Konsulluq idarəsinin Konsulluq-hüquq şöbəsinin rəisi Nurupaşa Abdullayevin vəzifə səlahiyyətlərindən istifadə edərək elektron vizanın tətbiq olunmadığı xarici ölkə vətəndaşlarının Azərbaycana gələ bilmələri üçün viza müraciətlərinin təmin edilməsi ilə bağlı qanunazidd hərəkətlər müqabilində müntəzəm rüşvət alması qeyd edilib.

DTX-nın həbs etdiyi XİN İşlər idarəsinin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadə müğənni Safura Əlizadənin atası, mərhum Energetika Naziri Natiq Əliyevin qudasıdır.

Fərhad Mollazadə isə deputat Asim Mollazadənin əmisi oğludur.


Asim Mollazadə

mətbuata Fərhad Mollazadə ilə qohum olduğunu təsdiqləyib. O bildirib ki, qohum olsalar da, heç bir əlaqələri və münasibəti yoxdur, onun saxlanması xəbərini mediadan eşidib.

DTX 2019-cu ilin sonlarından başlayaraq ölkədə anti-korrupsiya əməliyyatları keçirir. İndiyə qədər 4 rayonun fəaliyyətdə olan icra başçısı, bir rayonun keçmiş icra başçısı, rayon icra başçılarının kəndlərdə və digər yaşayış məntəqələrində bir sıra nümayəndələri həbs ediliblər.

Bundan başqa DTX mayın 8-də Mədəniyyət Nazirliyində, mayın 13-də isə Baş Prokurorluqla birgə Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsində əməliyyat keçirərək bir sıra məsul şəxsləri həbs

etmişdi

.

Saxlanılanlar rüşvətdə, dövlət vəsaitlərini məsimsəmədə, vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham edilirlər.

107741512_271603047431755_6816733233289624826_n.jpg
DTX-nin XİN-də əməliyyatı
Ana səhifəSiyasətDTX həbs etdiyi XİN əməkdaşlarının adlarını açıqlayıb