DSX-nın əsgəri təxris olunmasına bir həftə qalmış həlak olub

Nahid Qarayevin üzərinə hərbi maşının aşdığı bildirilir

Source: Meydan TV

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad Rayon Şöbəsindən hərbi xidmətə yollanan Nahid Cəmil oğlu Qarayev həlak olub. Bu barədə Meydan TV-yə əsgərin yaxınları məlumat veriblər. Onların sözlərinə görə, Bakının Sabunçu rayonunda yaşamış Nahid Qarayevin tərxis olunmasına 1 həftə qalıbmış.

O, Dövlət Sərhəd Xidmətinin Naxçıvandakı N saylı hərbi hissəsində ehtiyatsızlıqdan həlak olub. Əsgərin üzərinə hərbi maşının aşdığı deyilir.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad Rayon Şöbəsindən məlumatı təsdiqləyiblər. Nahid Qarayevin sentyabrın 20-də dəfn edildiyini bildiriblər.

Ana səhifəSosialDSX-nın əsgəri təxris olunmasına bir həftə qalmış həlak olub