Drezdendə xəzinəylə dolu muzey qarət edilib

Muzeyin 10 salonunda 3000-ə yaxın zinət əşyaları, qızıl, gümüş, qiymətli daşlar və digər qiymətli materiallar nümayiş etdirilir.

Source: Foto: https://www.dw.com/ru


Polis oğurlanmış əsərlər barədə hələ məlumat verməyib

Almaniyanın Drezden şəhərindəki Qrünes Qevölbe (Grünes Gewölbe) muzeyində oğruluq hadisəsi baş verib, – DW xəbər verir.

Muzey Avropanın ən qədim və ən böyük xəzinələrindən biridir.

Bazar ertəsi səhər Almaniyanın Drezdendəki Qrünez Qevölbe muzeyinə oğru girib.

Avropanın ən qədim və ən böyük xəzinələrindən biri olan muzeyə girən oğruların tarixi hissəni hədəf aldıqları qeyd edilir. Polis oğurlanmış əsərlər barədə hələ məlumat verməyib.

“Bild” qəzeti yazır ki, muzeyin elektrik enerjisi oğrular girmədən əvvəl təxribata uğrayıb. Muzeyə elektrik enerjisi verən şirkət hadisəni təsdiqləyib, lakin iki hadisə arasında əlaqənin araşdırıldığı qeyd edilib.

“Bild” oğruların zinət əşyaları oğurladıqlarını və kiçik bir pəncərədən muzeyə girdiklərini qeyd edib.

Saksoniya polisi hadisəni öz tviter hesabından elan edib və qeyd edib ki, hadisə yerini araşdırırlar.

“Yalnız sənət kolleksiyası deyil, saksonlar qarət edilib”, – Saksoniya əyalətinin Baş naziri Mişel Kreçmer (Michael Kretschmer) hadisə yerinə baş çəkdikdən sonra qeyd edib.

Muzeydəki əsərlər 1723-1730 illəri arasında Sakson Güclü Avqust dövründə toplanıb. Muzeyin ən qiymətli əşyalarından biri olan 41 karatlıq yaşıl almaz hazırda Nyu-Yorkdakı Metropolitan İncəsənət Muzeyində nümayiş edilir.

Muzeyin 10 salonunda 3000-ə yaxın zinət əşyaları, qızıl, gümüş, qiymətli daşlar və digər qiymətli materiallar nümayiş etdirilir.

İkinci Dünya Müharibəsi zamanı yararsız olmuş bina sonradan bərpa edilib. 2006-cı ildə yenidən açılan bina turistlər tərəfindən sıx ziyarət edilir.

Ana səhifəDünyaDrezdendə xəzinəylə dolu muzey qarət edilib