Babək Aslanov

Mənbə: Foto: Meydan tv

Başlıq: Babək Aslanov

Dövlət Sərhəd Xidmətinin əsgərinin həlak olduğu bildirilir

Məqalə yeniləndi:  7 Noyabr 2019

Hadisə Ermənistanla sərhədin Qazax rayonu hissəsində baş verib

Dövlət Sərhəd Xidmətinin əsgəri Babək Vəli oğlu Aslanovun noyabrın 6-dan 7-nə keçən gecə həlak olduğu bildirilir.

Hadisə Ermənistanla sərhədin Qazax rayonu hissəsində baş verib. Babək Aslanov Xaçmaz rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb.

Xaçmaz Rayon İcra Hakimiyyətinin İctimaiyyətlə əlaqələr departamentinin aparıcı məsləhətçisi Yaqut Məsimova məlumatı “Modern.az” saytına təsdiqləyib.

O bildirib ki, hazırda cənazə dəfn olunmaq üçün əsgərin anadan olduğu Xaçmaz rayonunun Mollabürhan kəndinə gətirilir.

Dövlət Sərhəd Xidməti ilə əlaqə saxlamaq mümkün olmayıb.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  7 Noyabr 2019
Bölmələr:  
qısa linklər:   http://mtv.re/wocqlj

Ən çox baxılan