Dövlət Departamenti Şəhla Hümbətovanı mükafatlandırıb

Mükafat martın 4-də Vaşinqtonda təqdim ediləcək və mərasimdə dövlət katibi Mayk Pompeo iştirak edəcək.

Foto: sosial şəbəkə


Azərbaycanlı vəkil “Cəsarətli qadınlar” mükafatının qaliblərindən biridir

ABŞ Dövlət Departamenti azərbaycanlı vəkil Şəhla Hümbətovanın “Cəsarətli qadınlar” illik mükafatının 12 qalibindən biri olduğunu bəyan edib.

“Turan” İnfromasiya Agentliyinin məlumatına görə, mükafat 2007-ci ildən verilir. Qaliblər bütün dünyada sülh, ədalət, insan hüquqları, gender bərabərliyi, qadınların hüquq və imkanlarının artırılması uğrunda mübarizədə çox vaxt risk və təhlükəyə məruz qalaraq müstəsna cəsarət və liderlik nümayiş etdirən qadınlar arasında seçilir.

Mükafat martın 4-də Vaşinqtonda təqdim ediləcək və mərasimdə dövlət katibi Mayk Pompeo iştirak edəcək. Birinci xanım Melaniya Trump isə xüsusi açıqlamalarla çıxış etməlidir.

Məlumatda Şəhla Hümbətova barəsində deyilir ki, 2013-cü ildən vəkil kimi çalışır və “əsas azadlıqlarını həyata keçirdiyinə görə həbs təhlükəsi ilə üzləşən şəxsləri müdafiə edən azsaylı vəkillərdən biridir.

“O, hüquq müdafiəçiləri, jurnalistlər, bloqerlər, gənc fəallar, siyasi müxalifətin üzvlərini və digərlərini cəsarətlə müdafiə edib. O, digər vəkilləri də öz müttəhimlərini siyasi işlərdə müdafiə etməyə, LGBT nümayəndələrinin maraqlarını təmsil etməyə ruhlandırb. O, hüquq müdafiəçiləri və vəkillərin sosial şəbəkələrdə müntəzəm olaraq təqib və təhdidlərə məruz qaldığı, hüquqi praktikadan uzaqlaşdırıldığı və hüquqlarından məhrum edildiyi mürəkkəb şəraitdə bu cür işlərlə məşğul olan iki qadın hüquqşünasdan biridir”, – məlumatda deyilir.

Ana səhifəSiyasətDövlət Departamenti Şəhla Hümbətovanı mükafatlandırıb