Dövlət Departamenti: Qarabağla bağlı açıq qalan suallar var

Fransa Xarici işlər naziri Le Drian qeyd edib ki, Lavrovla danışıb, o, atəşkəs üçün tədbirlər gördüklərini və əslində bunun fövqəladə humanitar vəziyyət olduğunu etiraf edib, baxmayaraq ki, hələ də suallar qalır.

ABŞ Dövlət Departamenti


ABŞ və Fransa Qarabağı müzakirə edib

Noyabrın 16-da ABŞ dövlət katibi Mayk Pompeo və Fransanın xarici işlər naziri Jan-İv Le Drian bazar Parisdə Dağlıq Qarabağdakı vəziyyəti “hərtərəfli” müzakirə ediblər.

Bu barədə Dövlət Departamentinin yüksək vəzifəli məmuru “Turan” İA-ın Vaşinqton müxbirinə deyib.

Dövlət Departametinin nümayəndəsi bildirib ki, Mayk Pompeo və Jan-İv Le Drian Dağlıq Qarabağ, Qafqaz haqqında çox danışıblar: “Onlar iki həmsədr olaraq Minsk Qrupu prosesindəki həmsədr rolumuza sadiq olduğumuz, Rusiyanın – üçüncü həmsədrin atəşkəsə gətirib çıxaran addımlarını da məhz bu cür qiymətləndirdiyimiz fikrindədirlər. Bu, bir həftəyə yaxındır davam edir. Amma eyni zamanda qeyd edilib ki, bu sazişin parametrləri, o cümlədən türklərin rolu ilə bağlı ruslardan açıqlama tələb edən bir çox sual qalır. Ona görə bu barədə daha çox məlumat əldə edilməlidir”.

Dövlət Departamentinin məlumatına görə, ruslar artıq daha çox açıqlama üçün Minsk Qrupu həmsədrlərini Moskvaya dəvət ediblər: “Həmsədrlər və onlar arasında telefon söhbətləri olub. Fransa Xarici işlər naziri Le Drian qeyd edib ki, Lavrovla danışıb, o, atəşkəs üçün tədbirlər gördüklərini və əslində bunun fövqəladə humanitar vəziyyət olduğunu etiraf edib, baxmayaraq ki, hələ də suallar qalır”.

Noyabrın 10-dan 11-nə keçən gecə Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri birgə bəyanat imzalayıb.

Müharibənin bitməsini özündə ehtiva edən bəyanatla Rusiya sülhməramlılarının Qarabağa gəlməsi elan edilib. Elə həmin gecə sülhməramlılar bölgəyə daxil olub.

Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalır. Dekabrın 1-dək Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması nəzərdə tutulur. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilir.

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Dağlıq Qarabağa göndərilən sülhməramlılarla bağlı fərman imzalayıb.

Fərmanda deyilir ki, Rusiyanın Müdafiə Nazirliyi 1960 nəfərlik heyət ildə ən azı iki dəfə, hərbi texnika isə ehtiyatlar sərf olunduqca və texniki cəhətdən ehtiyac yarandıqca dəyişdirməlidir.

Rusiya sülhməramlıların xərclərini də özlərinin ödəyəcəyini açıqlayıb.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Ana səhifəSiyasətDövlət Departamenti: Qarabağla bağlı açıq qalan suallar var