Dördüncü “DokuBaku” beynəlxalq festivalı başa çatıb

“Ən yaxşı sənədli film” “Tunel” (Nino Orjonikidze,Vano Arsenishvili), “Ən yaxşı yerli sənədli film”“Kirşan” (Atanur Nəbiyeva), “Ən yaxşı qısa sənədli film” “Qızılı Düymələr” (Aleks Evstigneev) olub. “X kateqoriyası” üzrə qalib isə “Yaddaş Atlası”(Domenico Centrone) filmi seçilib.

Source: Specify Source


Tədbir pandemiya səbəbindən onlayn formatda keçirilib

“DokuBaku” dünyanın sənədli film yaradıcılarını Azərbaycanda toplayan müstəqil beynəlxalq sənədli film festivalıdır.

Sayca dördüncü dəfə reallaşan festival bu il pandemiya ilə əlaqədar olaraq onlayn formatda keçirilib.

Bu il festival 53 ölkədən 250-dən çox film qəbul edib.Onların içərisindən seçilən xarici tammetrajlı, qısametrajlı, eləcə də yerli filmlər auditoriyaya təqdim olunub. “Dəyişikliklər” mövzusu altında bir həftə ərzində “dafilms.com” beynəlxalq onlayn festival platforması vasitəsilə 4 kateqoriyada 36 film nümayiş olunub. Ödənişsiz göstərilən sənədli filmlər Azərbaycan və ingilis dilində altyazı ilə təqdim edilib.Sonda beynəlxalq və yerli mütəxəssislərdən ibarət münsiflər heyəti ümumilikdə 4 kateqoriyada qalibi müəyyən edib. Qalibləri beynəlxalq və yerli mütəxəssislərdən ibarət jüri heyəti seçib. Münsiflər heyətində Əli İsa Cabbarov, Laura Koppens, Səidə Baxşıyeva, Durna Səfərova, Uolter Naqi, Yüksel Doğan, Elvin Cəbizadə, Aysu Akcan, Hüseyn Cəlilvənd qalib filmləri seçib Festivalın açılışı Hilal Baydarovun “Xurmalar yetişəndə” filmi başlayıb.

“Ən yaxşı sənədli film” “Tunel” (Nino Orjonikidze,Vano Arsenishvili), “Ən yaxşı yerli sənədli film”“Kirşan” (Atanur Nəbiyeva), “Ən yaxşı qısa sənədli film” “Qızılı Düymələr” (Aleks Evstigneev) olub. “X kateqoriyası” üzrə qalib isə “Yaddaş Atlası”(Domenico Centrone) filmi seçilib.

Ana səhifəMədəniyyətDördüncü “DokuBaku” beynəlxalq festivalı başa çatıb