Donald Tramp Vladimir Putinlə görüşəcəyini bildirib

Foto: Reuters

“Rusiya Prezidenti Vladimir Putin Amerikanın yeni lideri Donald Trampla heç bir şərt olmadan görüşməyə hazırdır”

ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə görüşəcəyini bildirib.

Tramp bu barədə jurnalistlərə açıqlamasında deyib.

“Prezident Putin görüşmək istəyir. Biz də bunu təşkil edəcəyik. Hətta bunu açıq şəkildə ictimaiyyətə bildirdi. Biz də bu müharibəni bitirməliyik. Bu qanlı bir qarışıqlıqdır”, – Tramp deyib.

O, görüşün konkret vaxtını açıqlamayıb.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Donald Trampın Kremllə dialoqa hazır olmasını şərh edib.

“Rusiya Prezidenti Vladimir Putin Amerikanın yeni lideri Donald Trampla heç bir şərt olmadan görüşməyə hazırdır. Bu cür təmasların təşkili Vaşinqtondan istək və siyasi iradə tələb edir, Prezident Putin ABŞ Prezidenti və Donald Tramp da daxil olmaqla beynəlxalq liderlərlə təmaslara açıq olduğunu dəfələrlə bəyan edib. Bunun üçün heç bir şərt tələb olunmur. Mövcud problemləri dialoq yolu ilə həll etmək üçün qarşılıqlı istək və siyasi iradə gərəkdir”,- Peskov bildirib.

Donald Trampın inaqurasiyası yanvarın 20-nə planlaşdırılır.

Rusiya 2022-ci il fevralın 24-dən Ukraynaya qarşı müharibəyə başlayıb.

Ana səhifəDünyaDonald Tramp Vladimir Putinlə görüşəcəyini bildirib