Dmanisidə azərbaycanlılarla svanlar arasında kütləvi dava olub

Kütləvi davada xəsarət alanlar barəsində məlumatlar yoxdur

Tbilisi, Sülh Körpüsü. Foto: Meydan TV

Məqalə

"Kavkazski uzel"

saytında dərc olunub

Dmanisidə yerli etnik azərbaycanlılarla Svanetiyadan köçənlər arasında baş verən kütləvi davada ağac parçaları və dəyənəklərlə silahlanmış 30-a qədər şəxs iştirak edib.

Dmanisidə (Kvemo Kartli bölgəsi) 16 mayda yerli etnik azərbaycanlılarla Svanetiyadan gəlmiş eko-mühacirlər arasında münaqişə baş verib.

İlkin məlumatlara görə, kütləvi davada ağac parçaları və dəyənəklərlə silahlanmış 30-a yaxın şəxs iştirak edib. Axşama doğru vəziyyət gərginləşib, yaxınlığında davanın baş verdiyi ticarət pavilyonu dağıdılıb, – "Novosti-Qruziya" yazır.

Münaqişə “komendant saatı”nın başlanmasından sonra da davam edib. Hadisə yerinə güc strukturlarının nümayəndələri gəlib, – "Sputnik-Qruziya" məlumat verir.

Baş verənlərin təfərrüfatları barədə dağıdılmış mağazanın satıcısı Səidə İsmayılova danışıb.

Onun sözlərinə görə, mağazaya cavan şəxslər daxil olaraq borca pivə istəyib. Qadın bildirib ki, mağazanın sahibinin icazəsi olmadan bunu edə bilməz. "Mənə hadə-qorxu gəldilər, təhqir etdilər. Münaqişədən sonra bizi polis bölməsinə apardılar. Biz orada olduğumuz vaxt mağazaya 40-50 adam hücum çəkib", – “report.az” onun sözlərini təqdim edir.

İsmayılovanın sözlərinə görə, azərbaycanlılara məxsus olan ticarət nöqtələrində əvvəllər də bu cür hadisələr baş verib, ancaq güc strukturları şikayətlərə məhəl qoymayıb.

Kütləvi davada xəsarət alanlar barəsində məlumatlar yoxdur.

Ana səhifəBölgəDmanisidə azərbaycanlılarla svanlar arasında kütləvi dava olub