”Diqlas”da yanğın zamanı FHN şou göstərdi”

“Niyə təhvilə buraxdılar? Alkaponu ancaq köpüklə söndürmək mümkündür. Su tökdükcə yanğına kömək edir. Yanğın zamanı isə bir dənə də olsun köpük maşını gəlmədi”.

Source: Meydan.TV

Ticarət mərkəzinin rəhbərliyi FHN rəsmilərini ittiham edib

Bakının 8-ci kilometr adlanan ərazisində martın 26-da

“Diqlas” Ticarət Mərkəzi

ndə baş vermiş yanğınla əladədar mərkəzin rəhbərliyi onların yanğın təhlükəsizliyinə əməl etməməsi ilə bağlı ittham edilmələrinə cavab verib.

Modern.az saytına açıqlamasında ticarət mərkəzinin direktor müavini

Araz Rəhimov

sual edib ki, əgər “Diqlas Ticarət Mərkəzinin rəhbərliyi xəbərdarlığa məhəl qoymayıbsa, niyə Fövqəladə Hallar Nazirliyi gəlib qapını bağlamırdı?!

“Niyə hər il elektrik naqillərinin aktı üçün 250 manat tələb edirdilər?! Onlar nəzarət edib aktı imzalayıb bizə təhvil verirdilər. Çünki hər şey saz vəziyyətdə idi. Onların həyata keçirdiyi bütün proseslər, yoxlamalar zamanı hər şey qaydasında olub. Niyə yanğından sonra məsuliyyəti üzərlərindən atırlar?! Hər dəfə gələndə balonların dolu olması, təxliyə planını xüsusi yoxlayırdılar. Bunlar yox idisə niyə işləməyimizə icazə verirdilər?!”, – Araz Rəhimov deyib.

Direktor müavini Fövqəladə Hallar Nazirliyinin rəsmilərinin ittihamlarına cavab ittihamlarla çıxış edib.

O bildirib ki, ticarət mərkəzində fövqəladə hallar üçün nəzərdə tutulan 20 tonluq çən var.

“Balonlardan tutmuş təxliyyə planına qədər hər şey var idi. Hətta ədədi 50 manatdan ödsöndürən satmışdılar bizə, guya yanğın harada varsa, ora tətbiq edəndə partlayır və ərazini tutur”.

A.Rəhimov yanğınsöndürənlərin hadisəyə laqeyd yanaşdıqlarını deyib:

“Yanğın baş verən kimi FHN-ə zəng etdik. Niyə bir köpük gətirib odun üstünə atmadılar ki, sönsün?! FHN-nin maşını gələn kimi yanğına 1 vedrə miqdarına su tökən kimi suyu qurtarır. İkinci yanğınsöndürən maşın 40 dəqiqə sonra, yanğın genişlənəndə gəlir”.

O FHN rəsmilərini məsuliyyəti boyunlarından atdıqlarını bəyan edib.

“Kainat” İnşaat Mallarının qarşısında kameralar var. O görüntüləri izləyən bilir ki, FHN-nin əməkdaşları obyektə hansı formada yanaşıblar. Bəzəkli-düzəkli ittihamlar səsləndirməklə deyil ki! Fakt var, görüntülər var. Fövqəladə Hallar nazirliyi “Diqlas”da şou göstərdi, yanğını söndürmədi. Bu da məqsdəli idi. Hamı da bunu gördü.

O deyib ki, alkapon benzinə bərabər materialdır və binaya təhvil-təslim aktı veriləndə Fövqəladə Hallar Nazirliyi baxıb görmədimi ki, bu tezalışan materialdır?

“Niyə təhvilə buraxdılar? Alkaponu ancaq köpüklə söndürmək mümkündür. Su tökdükcə yanğına kömək edir. Yanğın zamanı isə bir dənə də olsun köpük maşını gəlmədi”.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Aparatında fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun rəhbərliyi ilə keçirilən geniş Kollegiya iclasında “Diqlas” Ticarət Mərkəzinin rəhbərliyinə qanun pozuntusu ilə bağlı dəfələrlə xəbərdarlıq olunduğu diqqətə çatdırılıb.

İclasda FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi, daxili xidmət general-mayoru İsrayıl Əliyev həmin obyektdə yanğın təhlükəsizliyi qaydalarının pozulmasına dair geniş məlumat verərək, bildirib ki, onlar yanğına qarşı mövcud vəziyyəti müəyyən etmək üçün 2018-ci ildə obyektdə videoçəkiliş aparıblar.

Həmin videonun müşayiəti ilə İ.Əliyev izah edib ki, obyekt yanğına qarşı su hovuzu və avtomatik yanğınsöndürmə qurğusu ilə təmin olunmayıb, obyektin elektrik təsərrüfatı Elektrik Qurğularının Quraşdırılması Qaydalarının tələblərinə cavab vermədən istismar olunub, obyektin təxliyə yolları müxtəlif əşyalarla tutulub və bununla da əraziyə sərbəst giriş-çıxış məhdudlaşdırılıb, obyektdə malların yığılması zamanı yanğına qarşı ara məsafələrinə riayət edilməyib, obyekt tüstü xaricəetmə və normativ sənədlərin tələblərinə uyğun ventilyasiya sistemləri ilə təmin olunmayıb, obyekt yanğına qarşı su hovuzu ilə təmin olunmayıb, obyektətrafı ərazi müxtəlif avtomobillərlə tutulub, onların xüsusi ayrılmış yerlərdə saxlanılmaqla hadisə zamanı yanğınsöndürmə avtomobillərinin sərbəst yaxınlaşması mümkün olmayıb.

Onun sözlərinə görə, Dövlət Yanğın Nəzarəti Xidməti qanunvericiliklə müəyyən edilmiş səlahiyyətləri çərçivəsində “Diqlas” ticarət mərkəzində yanğın təhlükəsizliyi qaydalarının pozulması və bu pozuntuların aradan qaldırılmasının zəruriliyi ilə bağlı ticarət mərkəzinin rəhbərliyini və digər aidiyyəti şəxsləri dəfələrlə rəsmi şəkildə xəbərdar edib.

“Bütün müraciətlərə baxmayaraq, adı çəkilən ticarət mərkəzində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı pozuntular aradan qaldırılmayıb. Ümumiyyətlə, obyektin istismarı Dövlət Yanğın Nəzarəti Xidməti və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi ilə razılaşdırılmayıb”.


Baş prokurorluq

ticarət mərkəzində baş verən yanğınla əlaqədar cinayət işi açıb.

Ana səhifəXəbərlər”Diqlas”da yanğın zamanı FHN şou göstərdi”