Dini ədəbiyyatın monitorinqi aparılacaq

Ramazan ayı ilə bağlı saxta təqvimlərin satılması hallarının aşkar edilib…

Source:


Ramazan ayı ilə bağlı saxta təqvimlərin satılması hallarının aşkar edilib…

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sabahdan etibarən dini ədəbiyyatın satışı mağazalarında növbəti monitorinqlərə başlayacaq. Bu barədə Trend-ə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov bildirib.

S.Heydərov deyib ki, monitorinqin məqsədi qadağan olunmuş dini kitabların, o cümlədən Komitənin icazəsi olmadan dini ədəbiyyatın və müqəddəs Ramazan ayı ilə bağlı saxta təqvimlərin satılması hallarının aşkar edilib qarşısının alınmasıdır. Ramazan ayı ilə bağlı saxta təqvim yayan insanlar haradansa idarə olunurlar.

Komitə sədrinin müavini bildirib ki, əgər belə hallar aşkarlanarsa, həmin şəxslər barəsində ciddi tədbirlər görüləcək: “Əgər hansısa şəxslər bu cür hərəkətlərə yol verərsə, mövcud qanunvericiliyə uyğun olaraq, bu, dini etiqad azadlığının pozulması, eləcə də dini zəmində qarşıdurma yaradılması kimi qiymətləndirilərək ona hüquqi qiymət veriləcək. Bu şəxslərin cəzalandırılması üçün aidiyyatı hüquq-mühafizə orqanları ilə birgə zəruri tədbirlər görüləcək”.

Ana səhifəXəbərlərDini ədəbiyyatın monitorinqi aparılacaq