DİN: Rusiyada axtarışda olan 12 nəfər Azərbaycanda saxlanılıb

”İtkin düşmüş hesab olunan 4 nəfər tapılıb”

Source:
Daxili İşlər Nazirliyi
Daxili İşlər Nazirliyi
Daxili İşlər Nazirliyi
Daxili İşlər Nazirliyi


”İtkin düşmüş hesab olunan 4 nəfər tapılıb”

Bu il, noyabrın 19-dan 25-dək Rusiya və Azərbaycanın sərhədyanı rayonlarının ərazisində “Sərhəd” şərti adı altında birgə əməliyyat-axtarış tədbirlər keçirilib.


Daxili İşlər Nazirliyi

nin (DİN) yaydığı məlumata görə, Rusiya Federasiyası Dağıstan Respublikasının sərhədyanı bölgələrini və Azərbaycanın Qusar, Quba, Xaçmaz, Zaqatala, Şəki, Balakən, Qəbələ, Qax və Oğuz rayonlarını əhatə edən tədbirlər nəticəsində müxtəlif cinayətlər törətdiklərinə görə axtarışda olan 18 şəxs, o cümlədən Rusiya Federasiyası tərəfindən axtarılan 12 nəfər tutulub, itkin düşmüş hesab olunan 4 nəfər tapılıb, mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə axtarılan 61 nəfər saxlanılıb.

Məlumatda deyilir ki, qanunsuz saxlanılan 9 avtomat silahı, 1 qumbaraatan, 5 tapança, 80 tüfəng, 31 ədəd sandıqça, 40 qumbara, 30 ədəd qumbara alışdırıcısı, 20 ədəd digər hərbi ləvazimat və sursat, 5642 ədəd müxtəlif çaplı patron aşkarlanaraq götürülüb.

“Əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqədar 5 fakt aşkar olunub. Bundan başqa, tədbirlər zamanı ölkəmizin sərhədyanı rayonlarının ərazisində törədilən 5 müxtəlif cinayətin açılması da təmin edilib”, – deyə məlumatda vurğulanır.

Ana səhifəXəbərlərDİN: Rusiyada axtarışda olan 12 nəfər Azərbaycanda saxlanılıb