Deputat: ”Universitetlər, tibb müəssisələri özəlləşdirilməlidir”

Qüdrət Həsənquliyev: ”Futbol klubları maliyyə çatışmazlığı səbəbindən bağlanır”

Source:
Qüdrət Həsənquliyev


Qüdrət Həsənquliyev: ”Futbol klubları maliyyə çatışmazlığı səbəbindən bağlanır”

”Lənkəranda hava limanı tikiləndə dedim ki, onun yerinə orada velosiped zavodu tikilsin, hər il Azərbaycana 100 minə qədər velosiped gətirilir”/

Bu açıqlamanı Milli Məclisin bu gün keçirilən iclasında 2016-cı ilin dövlət büdcəsinə dəyişikliklərin müzakirəsi zaman deputat Qüdrət Həsənquliyev səsləndirib.

Deputat bildirib ki, budcədə özəlləşdirmədən gələcək gəlir 100 milyon manat məbləğində müəyyən olunub: “Bu məbləğ çox azdır, özəlləşdirməyə daha böyük diqqət ayırmaq lazımdır. Regionlarda tikilmiş hava limanları da özəlləşdirilməlidir. Universitetlər, tibb müəssisələri də özəlləşdirməyə çıxarılmalıdır”.

Q.Həsənquliyev həmçinin futbol klublarına diqqətin artırılmasını təklif edib.

O bildirib ki, futbol klubları maliyyə çatışmazlığı səbəbindən bağlanır: “Biz buna imkan verməməliyik”.



Trend

Ana səhifəXəbərlərDeputat: ”Universitetlər, tibb müəssisələri özəlləşdirilməlidir”