“Dəli yığıncağı” tamaşasının premyerası olub

Səhnə əsərində rolları xalq artisti Yasin Qarayev, Ağaxan Salmanlı, əməkdar artistlər Şövqi Hüseynov, Nofəl Vəliyev və başqaları ifa ediblər.

Source: Specify Source

Tamaşa müasir dövrün tələblərinə uyğunlaşdırılıb

Yazıçı, dramaturq Cəlil Məmmədquluzadənin 150 illik yubileyi münasibətilə tamaşa hazırlanıb.

Xalq artisti Cənnət Səlimovanın quruluş verdiyi “Dəli yığıncağı” tamaşasının premyerası Gənc Tamaşaçılar Teatrında olub.

Fərqli estetikada, müasir dövrün tələblərinə uyğun qurulmuş tamaşada aktyorların məharətli çıxışı səhnə əsərini daha baxımlı edib.

Səhnə əsərində rolları xalq artisti Yasin Qarayev, Ağaxan Salmanlı, əməkdar artistlər Şövqi Hüseynov, Nofəl Vəliyev və başqaları ifa ediblər.

Əsərin səhnə redaksiyasının müəllifi İlqar Fəhmi, quruluşçu rəssam Telman Şıxıyıev, bəstəkar Firudin Allahverdi, rejissor assistenti Sevda Hacışəmiyevadır.

image_from_ios (6).jpg
“Dəli yığıncağı”
Ana səhifəMədəniyyət“Dəli yığıncağı” tamaşasının premyerası olub