DÇ-2022: İngiltərə ABŞ millisi ilə heç-heçə edib

Foto: Uels – İran oyunundan

Qətərin qrupda qalacağı dəqiqləşib

Qətərdə təşkil olunan futbol üzrə dünya çempionatında noyabrın 25-də qrup mərhələsinin ikinci turuna start verilib.

A və B qruplarında 4 oyun baş tutub.

Günün ilk matçı B qrupunda Uels və İran yığmaları arasında olub. İran millisi oyuna əlavə edilən vaxtda iki qol vuraraq, qələbəyə sevinib. Bu qarşılaşmada DÇ-2022-nin ilk qırmızı vərəqəsi də göstərilib. Matçın 85-ci dəqiqəsində avropalılar azlıqda qalıb. Qapıçı Ueyn Hennessi sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alıb.

Bu qrupun İngiltərə ilə ABŞ milli komandaları arasında keçirilən oyununda isə qapılara qol vurulmayıb.

A qrupunda keçirilən Qətər – Seneqal görüşündə ev sahibləri 1:3 hesablı məğlubiyyətə uğrayıb. Bununla da, təşkilatçı ölkənin komandası – Qətər millisi mundialla vidalaşıb. Qətərlilər ilk turda Ekvadora da uduzmuşdu (0:2). Niderland yığması ilə son turda keçiriləcək oyunun nəticəsindən asılı olmayaraq, Qətər DÇ-2022 ilə vidalaşan ilk komanda olub.

A qrupunun digər görüşü Niderlandla Ekvador arasında keçirilib. Tərəflər hərəyə bir xalla kifayətlənib – 1:1.

DÇ-2022
2-ci tur

26 noyabr

D qrupu
14:00. Tunis – Avstraliya (“Al Janub” stadionu)
20:00. Fransa – Danimarka (Stadion 974)

C qrupu
17:00. Polşa – Səudiyyə Ərəbistanı (“Edyukeyşn Siti” stadionu)
23:00. Argentina – Meksika (“Lusail” stadionu)

Ana səhifəXəbərlərDÇ-2022: İngiltərə ABŞ millisi ilə heç-heçə edib