DAS bu dəfə Kölndəki redaksiyaların önündə aksiya keçirdi

“Almaniyalı jurnalistlərdən siyasi məhbuslara dəstək” kampaniyası davam edir

Source: Meydan TV

“Almaniyalı jurnalistlərdən siyasi məhbuslara dəstək” kampaniyası davam edir

Avropada fəaliyyət göstərən "Demokratik Azərbaycanı Seç" (DAS) təşkilatının Almaniyadakı media orqanlarının redaksiyaları qarşısındakı aksiyaları davam edir. Oktyabrın 17-də DAS üzvləri  “Almaniyalı jurnalistlərdən siyasi məhbuslara dəstək” kampaniyası çərçivəsində növbəti aksiyanı Köln şəhərində yerləşən " Kölnische Rundschau“ “Kölner Stadt-Anzeiger“ və „Express“ )" media orqanlarının qarşısında keçiriblər.

Bu barədə Meydan TV-yə məlumat verən aksiyanın təşkilatçılarından biri Məleykə Xələfovanın sözlərinə görə, aksiyasının məqsədi Azərbaycandakı mövcud siyasi vəziyyətə diqqət  çəkməkdir:

“Ölkədə korrupsiya və rüşvət baş alıb gedir. Qanunlar ancaq kağız üzərində qalır, heç bir qanun işləmir. Məmur özbaşnalığı və azğınlığı davam edir. Sifarişli həbslər, işgəncə halları artmaqda davam edir”.

“Almaniyalı jurnalistlərdən siyasi məhbuslara dəstək” kampaniyası iyunun 28-də başladılıb. Bu məqsədlə ilk olaraq Almaniyanın Dortmund, Essen, Passau, Trier, Koblenz, Giessen şəhərlərində yerləşən, tirajlı alman media orqanlarının önündə aksiya keçirilib.

unnamed (1).jpg
DAS bu dəfə Kölndəki redaksiyaların önündə aksiya keçirdi
unnamed (2).jpg
DAS bu dəfə Kölndəki redaksiyaların önündə aksiya keçirdi
unnamed (3).jpg
DAS bu dəfə Kölndəki redaksiyaların önündə aksiya keçirdi
Ana səhifəSiyasətDAS bu dəfə Kölndəki redaksiyaların önündə aksiya keçirdi