“Daha da betər elədilər”: Azərbaycanda həkim səhvləri

Azərbaycanın səhiyyə sistemində nə baş verir, vətəndaşlar özlərini necə müdafiə edə bilərlər?

Source: fdsaf

Məqalə

JAMnews

saytında dərc olunub



COVID-19


pandemiyası



Azərbaycanın



səhiyyə sistemində bütün çatışmazlıqları ortaya sərdi. Son bir ayda bir neçə nəfərin sadəcə xəstəxanaya qəbul edilmədiyi üçün vəfat etdiyini demək yetərlidir.

Amma Azərbaycan sakinləri “virussuz” zamanlarda da yerli səhiyyədən narazı idilər. Həkim səhvləri və sadəcə səhlənkarlıq azərbaycanlılar tərəfindən artıq adi hal kimi qəbul edilir – bu materialı hazırlayarkən danışdığımız hər kəs ölkənin səhiyyə sistemindən daha betərini gözlədiklərini deyirdilər. Peşəkar həkimi şarlatandan seçməyi vətəndaşlar özlərinə vəzifə bilirlər və bu məsələdə heç bir başqa instansiyaya etibar etmirlər.

Azərbaycanın səhiyyə sistemində nə baş verir, vətəndaşlar özlərini necə müdafiə edə bilərlər?

Azərbaycanda həkim səhvləri


“Nə mən, nə mənim ailəm bu ölkədə müdafiə olunmamışıq”

Fidanın anası qaraciyər xərçəngindən əziyyət çəkirmiş. Əməliyyat edib, şişi götürüblər, amma xəstəliyin təkrar başlamasının qarşısını almaq üçün hər ay-ay yarımdan bir müayinədən keçməli imiş.


“Anam Onkoloji Mərkəzə gedirdi, yoxlanırdı, ona deyirdilər ki, hər şey qaydasındadır. Sonra isə məruzə vaxtı qəfil vəziyyəti pisləşdi – müəllimə idi. Özəl klinikaya müraciət etdik, məlum oldu ki, xərçəng nəinki qayıdıb, hətta qaraciyərinin 95 faizini zədələyib. Axı bu, bir günə, iki günə inkişaf eləmir. Belə çıxır ki, aydan aya onu yoxlayıb, heç nə görə bilməyiblər və şişin böyüməsinə imkan veriblər”.

Sonra Onkoloji Mərkəzdə qaraciyərin bərpası üçün onlara Herseptin preparatı satmağa çalışıblar, halbuki bu dərman pulsuz verilməlidir. Nəticədə dərmanı Türkiyədən almalı olublar. Amma istənilən halda artıq gec olub – şiş beyinə metastaz verib, artıq heç nə etmək mümkün olmayıb.

Anası öləndən sonra Fidan belə qərara gəlib ki, heç vaxt özünün və doğmalarının sağlamlığını yerli səhiyyəyə etibar etməyəcək.


“İndi mən fəal şəkildə iş axtarıram ki, Azərbaycandan çıxıb gedim. Ən çox da məni buna anamın başına gələnlər vadar edib. Mən anladım ki, bu ölkədə nə mən, nə də mənim ailəm müdafiə olunmamışıq. Ümid edirəm ki, pandemiya tezliklə bitəcək, sərhədlər açılacaq və məm burdan köçə biləcəm”.


“Olmayan” cinayətlər

Azərbaycanın Cinayət Məcəlləsində səhiyyə ilə bağlı bir neçə maddə var. “Səhlənkarlıq” maddəsilə maksimum cəza 5 ildən 7 ilə qədərdir – əgər səhlənkarlıq insan ölümü ilə nəticələnmiş olarsa.

Amma hüquqşünas Samirə Ağayevanın sözlərinə görə, çox vaxt bu maddələr üzrə cinayət işi qaldırılmır.


“Mənə iki qadın müraciət etmişdi, onların atası vaxtında tibbi yardım göstərilmədiyi üçün xəstəxanada vəfat etmişdi. Əvvəlcə uzun müddət təcili yardım gəlməyib, nəhayət xəstəxanaya aparandan sonra isə uzun müddət ona yaxınlaşan belə olmayıb. Həkim ona baxsın deyə polis çağırmalı olublar. Üstəlik həkim də sərxoş olub və heç nə edə bilməyib. Nəticədə onlar başqa klinikadan tamam başqa həkim çağırmalı olublar, amma o vaxta qədər artıq gec olub və adam bağırsaq partlamasından ölüb”.

Hüquqşünas bildirir ki, onlar prokurorluğa şikayət ərizəsi veriblər, bütün lazımi sübutları təqdim ediblər, amma oradan cinayət tərkibi tapmadıqlarını bəyan edib, cinayət işi açmayıblar.


“Praktiki olaraq həmişə belə olur. Mənim hələ yadıma gəlmir ki, hansısa həkim xəstəyə kömək etmədiyi üçün cinayət məsuliyyətinə cəlb olunsun. Onları ən uzağı işdən çıxara bilərlər. Vətəndaş iddiaları ilə bağlı vəziyyət daha yaxşıdır. Yəni əgər pasiyent həkimdən ziyanın kompensasiyasını tələb edirsə, işi udmaq şansı var”.

Hüquq medafiəçisi Eldar Zeynalov deyir ki, bəzən həkimlər cinayət məsuliyyətinə cəlb olunur, amma bir qayda olaraq yalnız pasiyentin öldüyü halda. Əgər belə bir şey baş verərsə, bu haqda adətən mediada xəbər verilir – cinayət işinin qaldırıldığı bildirilir, amma jurnalistlər prosesin özünü izləmirlər və ictimaiyyət də hər şeyin nə ilə bitməsi ilə maraqlanmır. Cəmiyyətin təzyiqi olmadan proses sıfıra enir və təqsirli şəxs üçün cəzadan yayınmaq asanlaşır.

Məsələn, 2018-ci ilin dekabrında belə oldu. Əməliyyat etdiyi xəstə vəfat etdikdən sonra özəl tibb mərkəzinin cərrahına qarşı 314-cü maddə ilə – səhlənkarlığa görə cinayət işi açıldı. İş məhkəməyə getdi, amma bu işin nə ilə yekunlaşdığı haqda heç kim məlumat vermədi.


“Amma əgər həkim həbs edilməyibsə, bu mütləq o demək deyil ki, o, cəzadan yayınıb. Azadlıqdan məhrumrtmə şərti ola bilər, həmçinin əlavə cəzalar da tətbiq oluna bilər – həkim fəaliyyəti ilə məşğul olma qadağası kimi. Üstəlik, əlbəttə, qanunun belə yumşaq olması təqsirli şəxsə pulsuz başa gəlmir”

, – Zeynalov izah edir.

ezgif.com-webp-to-jpg (4).jpg
Bakı 2019-cu il. Dilənçi qadın ayaqqabı dükanının qarşısında


“Bakıda nə məni, nə də mənim yaxınlarımı hələ heç nədən normal müalicə etməyiblər”

10 il əvvəl Aidənin vannada ayağı sürüşüb, kafel döşəmə üzərinə yıxılıb, sağ qolunu iki yerdən sındırıb. Uzun sürən əməliyyatdan sonra sınmış sümüyü xüsusi vintlərlə və millə birləşdiriblər, amma əli hərəkətsiz qalıb. Həkim fizioterapiyaya getməyi məsləhət görüb.


“Prosedur ondan ibarət idi ki, fizioterapevt əlimi irəli-geri əyirdi və bu yolla hərəkət etdirirdi. Cəhənnəm əzabı idi. Odur ki, oraya bir neçə dəfə getdim və başını buraxdım – sadəcə ağrıya artıq dözmürdüm. Həkimimə də bunu açıq etiraf etdim. O, məni təkrar rentgenə göndərdi və məlum oldu ki, fizioterapevt əlimi hərəkət etdirərkən başqa bir sümüyümü də qırıb. Həkim başını yelləyib dedi ki, edəcək bir şey yoxdur, qoy bu sınıq birləşsin və əlinin hərəkətsiz qalacağı ilə bağrış”.

Aidə bununla barışmayıb və müstəqil şəkildə müalicəsi ilə məşğul olmağa başlayıb. Zamanla əlinin hərəkəti bərpa olub, amma hava dəyişikliyi zamanı daha da artan demək olar ki, daimi ağrı qalıb.


“Bu ağrıya demək olar ki, alışmışdım. Bir neçə il əvvəl Vyanaya ezamiyyətə gedənə və orada məni travmatoloqa aparana qədər. O, uzun müddət təəccübləndi ki, mənim əlimi necə bu cür hala sala biliblər, dedi ki, indi artıq təkrar əməliyyat etmək üçün gecdir, amma ağrını aradan qaldırmaq mümkündür. O, mənə nəsə bir iynə vurdu, ağrı keçdi. Tamam. Demək olar ki, bir il heç ağrımadı. Bundan sonra mən daha iki dəfə də Vyanaya getdim və həmin iynədən vurdurdum. Bu il sərhədlər bağlı olduğu üçün gedə bilməmişəm, amma sərhəd açılan kimi gedəcəm ora”.

Aidə əslində həmin preparatın adını öyrənə və Bakıda eyni iynəni vurdura bilərdi, amma o, artıq çoxdan yerli həkimlərə etibar etmir, hətta belə sadə məsələlərdə də.


“Qolumla bağlı başıma gələnlər axı yeganə hadisə deyil. Bir də kürəyim var, hansı ki, uzun illərdir ağrıyır, amma heç bir həkim bunun nədən olduğunu deyə bilmir. Ginekoloji problemlərim olub, bir dəfə həll yolu kimi mənə “çox gəzməyi” tövsiyə etmişdilər. Anamın ayaqları ilə bağlı problemi var, onu da əvvəlcə İstanbula, sonra isə Vyanaya aparmalı oldum. Bir sözlə, Bakıda nə məni, nə də mənim yaxınlarımı bircə dəfə də olsun, nədənsə normal müalicə etməyiblər. Hətta, əksinə, yanlış diaqnozları və səhv müalicələri ilə daha da betər ediblər”.

Aidə əmindir ki, Azərbaycan səhiyyəsi acınacaqlı vəziyyətdədir və bunun da bir yığın səbəbi var – gələcək həkimlərin əksəriyyətinin təhsil aldığı Azərbaycan Tibb Universitetindən başlayaraq məhkəmə sisteminə qədər hər bir sahədə korrupsiyanın hökm sürməsi kimi.


Tapançalı pasiyent

Həkimlər özləri isə bildirirlər ki, Azərbaycanda tibb işçiləri arasında səriştəsizlik miqyası şişirdilib və cəmiyyət onlara qarşı hədsiz qərəzli yanaşır.

Pediatr Emiliya Rəhimova on il sahə həkimi, otuz il də uşaq poliklinikasında şöbə müdiri kimi fəaliyyət göstərib. Onun sözlərinə görə, həkim səhvləri həkimlərin özlərinə də çox baha başa gəlir.


“Birincisi, biz axı zalım deyilik ki, bilərək başqasının həyatını təhlükə altına qoyaq, üstəlik də söhbət uşaqdan gedirsə. İkincisi, əgər nəsə baş verirsə, bizim dərimizi soyurlar – həm nazirlik, həm valideynlər. Mənim poliklinikadakı təcrübəm zamanı çox vaxt olub ki, uşağın qəzəbli atası nəyisə düz eləməyən həkimi öldürmək niyyəti ilə gəlib. Biri hətta tapança ilə gəlmişdi”.

Pediatrın sözlərinə görə, onun sahəsində yol verilən səhvlər çox vaxt gecikmiş diaqnozla və ya peyvəndin fəsadları ilə bağlı olur.

“Bilərəkdən” yol verilən yeganə həkim səhvi kimi Emiliya Rəhimova antibiotiklərdən sui-istifadənin olduğunu deyir:

“Onları fəaliyyət görüntüsü yaratmaq, valideynləri sakitləşdirmək və temperaturu salmaq üçün yazırlar, halbuki temperaturu salmaq lazım deyil, bir neçə günə özü düşür”.

Dövlət klinikalarından birinin adının açıqlanmasını istəməyən cərrahı da həkimlərə qarşı anlayışla yanaşmağa, ən azı bir nəfərin səhvinə görə bütün həkimləri damğalamamağa çağırır.


“Əlbəttə, heç bir həkim qəsdən pasiyentə ziyan vurmaq istəməz, pasiyentlərə bəzən elə gəlsə də. Səhvlərin səbəbi təcrübəsizlik və ya səhlənkarlıqdır, bəzən isə həkimin günahkar olmadığı təsadüf. Məsələn, mən özüm bir dəfə diaqnozla bağlı tələsirdim. Üstəlik də xəstə dostum idi. O yıxılmışdı, mən onu müayinə elədim və dedim ki, hər şey qaydasındadır. Sonra isə anladım ki, orada çatlaq var. O, hələ də məni həmin çatlağa görə qınayır”.

Həkim bildirir ki, hansısa səhv zamanı tibb işçilərinə layiq olduqlarından daha artıq əzab verirlər.

Dövlət klinikalarında və xəstəxanalarında həkimlərə çox az əməkhaqqı verilir (Dövlət Statistika Komitəsinin məlumatına görə ölkədə həkimlərin maaşları orta hesabla orta aylıq əməkhaqqıdan iki dəfə azdır) və onlar pasiyentlərdən “hörmət” umurlar. Çox vaxt bu umacaq açıq tələbə keçir, məsələn, ombasının açıq sınığı ilə xəstəxanaya gətirilən xəstə yaxınları həkimə ödənəcək pulu toplayana qədər iki gün əməliyyatı gözləməli olub.

ezgif.com-webp-to-jpg (5).jpg
Bakı 2018-ci il Bakterioloji labaratoriyanın divarı üzərində yazı


Qurban olmaqdan necə qorunmalı?

“Özünü həkim səhvindən, səhlənkarlığından və sairədən nə cürsə sığortalamaq olarmı?” sualının cavabında Samirə Ağayeva bildirib ki, təəssüf ki, bu, mümkün deyil. Məsələn, nəzəri olaraq özəl klinikaya müraciət etdiyiniz zaman müqavilə bağlamaq və həmin müqavilədə bu kimi halların qeyd olunması mümkündür. Amma Azərbaycanda belə bir təcrübə yoxdur.

Özünüzü nə cürsə sığortalamaq üçün Azərbaycan vətəndaşları səriştəsiz həkimin əlinə düşməmək üçün böyük səy göstərirlər.

  1. Tanışlarının tövsiyəsi olmadan hər hansı həkimə müraciət etmirlər;
  2. Çalışırlar ki, dövlət yox, özəl klinikaya getsinlər – orada şərait daha yaxşı, maaşlar daha yüksəkdir, açıq xalturayla üzləşmək ehtimalı daha azdır;
  3. Müalicə üçün digər ölkələrə gedirlər.

Həkimlər də razılaşırlar ki, imkan daxilində dövlət yox, özəl klinikalara getmək daha yaxşıdır. Stomatoloq Murad İbrahimovun sözlərinə görə, məsələ maliyyədədir – dövlət klinikalarında həkimlərin sadəcə lazımi avadanlığı və ya preparatı olmur, bəzən alətləri bütün qaydalara uyğun sterilizə etmək imkanı belə olmur.

Həkim mütəxəssis seçimində diqqətli olmağı məsləhət görür.


“Həkimin yaxşı olduğuna tam əmin olmaq üçün onunla danışmaq lazımdır”

, – Murad İbrahimov özünü yanlış müalicədən mümkün qədər qorumaq istəyənlərə


məsləhər görür


.


“Əgər onun nitqi düzgün, savadlıdırsa, o tibbi terminlərdən istifadə edir, siz isə onu anlayırsızsa, deməli, seçim doğrudur. Əgər həkimlə söhbətdən sonra siz özünüzü daha ağıllı hiss etdinizsə, deməli, bu, sizə lazım olan həkimdir”.



“Mediaşəbəkənin” dəstəyilə

Ana səhifəXəbərlər“Daha da betər elədilər”: Azərbaycanda həkim səhvləri