Daha bir Türkiyə vətəndaşının məhkəmə qarşısından zorla aparıldığı deyilir

Mustafa Ceyhanın Türkiyəyə qaçırıldığı ehtimal olunur

Source:


Mustafa Ceyhanın Türkiyəyə qaçırıldığı ehtimal olunur

Məhkəmənin qərarı ilə azadlığa buraxılan daha bir Türkiyə vətəndaşı məhkəmə binası önündən zorla aparılıb. Hadisə aprelin 26-da Bakı Ağır Cinayətlər Məhkəməsində baş verib.

Bu barədə Meydan TV-yə məhkəmə prosesində iştirak edən şəxslər deyib. Şahidlər Türkiyə vətəndaşı Mustafa Ceyhanın bir neçə şəxs tərəfindən zorla maşına mindirildiyini görüblər. O, naməlum istiqamətə aparılıb.

Türkiyədə çevrilişə cəhd etməkdə ittiham olunan Fətullah Gülən və onun tərəfdarlarının cinayət işində – “FETÖ” ilə əlaqələrdə ittiham olunan Mustafa Ceyhanın həbsi üçün Türkiyənin hüquq-mühafizə orqanları Azərbaycana müraciət etmiş, bunun əsasında da məhkəmə

başlamışdı

.

Mustafa Ceyhan 2017-ci ilin aprelində Gürcüstandan Azərbaycana gəldikdən sonra saxlanılıb. O, CM-nin 318-ci (dövlət sərhədini qanunsuz keçmə) maddəsi ilə təqsirli bilinib və Qazax Rayon Məhkəməsinin hökmü ilə 1 il azadlıqdan məhrum olunub. Onun cəzasının başa çatmasına az qalmış Türkiyə terrorçuluqda ittiham edərək, onun təhvil verilməsini istəyib.

Mustafa Ceyhan bildirib ki, onun Azərbaycan sərhədini qanunsuz keçməsi, FETÖ üzvü olması barədə ittihamların hamısı yalandır. O bildirib ki, Gürcüstanda yaşamaq üçün icazə sənədi olub, Azərbaycana da qanuni yolla gəlib.

Mustafa Ceyhanın ekstradisiyası məsələsinə baxılması üçün məhkəməyə təqdimatı Baş Prokurorluq verib. Lakin elə prokurorluğun nümayəndəsi aprelin 26-da məhkəmədə bildirib ki, təqdimatdan imtina edirlər, Mustafa Ceyhanın ekstradisiyasını istəmirlər.

Azərbaycanda aldığı cəzanın müddəti də başa çatdığından məhkəmə Mustafa Ceyhanın azadlığa buraxılması barədə qərar çıxarıb.

O, məhkəmədən çıxan kimi, elə binanın qarşısında “saxlanılıb”.

İki ay əvvəl Bakıda iki nəfər Türkiyə vətəndaşı – Ayhan Seferoğlu və Erdoğan Taylan məhkəmənin qərarı ilə azadlığa buraxılan kimi, elə binanın qarşısından zorla avtomobilə mindirilib aparılmış, sonradan onların Türkiyədə həbsdə saxlandığı məlum olmuşdu. Həmin olayların biri Nərimanov, o biri isə Binəqədi rayon məhkəməsində baş vermişdi. Türkiyə hökuməti adları çəkilən şəxsləri Fətullah Gülənin tərəfdarı, “FETÖ” üzvü kimi təqdim edərək, Azərbaycan hökumətindən onların ekstradisiyasını

istəyirdi

.

Mustafa Ceyhanın da Ayhan Seferoğlu, Erdoğan Taylan kimi gizli yolla Türkiyəyə aparılmaq üçün qaçırıldığı güman edilir.

Ana səhifəXəbərlərDaha bir Türkiyə vətəndaşının məhkəmə qarşısından zorla aparıldığı deyilir