Daha bir əsgər dünyasını dəyişdi

1992-ci il təvəllüdlü Rəcəbov Murad Əkbər oğlunun başında şiş olduğu, bu səbəbdən də öldüyü güman olunur.

Source:

Azərbaycanın Gədəbəy rayonundakı “N” saylı hərbi hissədə əsgər ölümü baş verib. ANS-in Qarabağ bürosunun əldə etdiyi məlumata görə, dünyasını dəyişən, müddətdən artıq hərbi xidmətdə olan 1992-ci il təvəllüdlü Rəcəbov Murad Əkbər oğludur. Hazırda meyiti Tərtər rayonuna gətirilən hərbçinin başında şiş olduğu, bu səbəbdən də öldüyü güman olunur. Allah rəhmət eləsin.

Xatırladaq ki, 2013-cü ildə Azərbaycan təhlükəsizlik və müdafiə sektorunun itkiləri 73 nəfər təşkil edib. Müvafiq dövrdə dünyalarını dəyişənlərin 9-u döyüş (9 nəfər erməni gülləsi), 65-i isə qeyri-döyüş itkiləridir. 78 nəfər isə xəsarət alanlardır.

Ana səhifəXəbərlərDaha bir əsgər dünyasını dəyişdi